Tanınmış jurnalistlər Əli Vəliyev və Vasif Həsənli Özbəkistanda bir sıra görüşlər keçiriblər.
Paraqraf.com Manset.az-a istinadla xəbər verir ki, “Demokrat.az” saytının baş redaktoru Vasif Həsənli, “Manset.az” xəbər portalının baş redaktoru Əli Vəliyev və “Recepta” MMC-nin direktoru, iş adamı Fuad Heydərlinin Özbəkistanda Azərbaycan Respublikasının bu ölkədəki səfiri Hüseyn Quliyevlə görüşləri baş tutub.
Görüş ərəfəsində ölkəmizlə bağlı bir sıra faydalı müzakirələr aparılıb.
Bu gün isə Özbəkistan Dövlət Jurnalistika və İnnovativ Kommunikasiyalar Universitetində görüşlər davam edib.
Universitetin rektoru, professor Şirzadxan Qüdrətxocayev Fuad Heydərli, Əli Vəliyev və Vasif Həsənlini qəbul edib.
Görüşdə Azərbaycan-Özbəkistan əlaqələri ilə bağlı qarşılıqlı müzakirələr aparılıb, hədiyyələr təqdim edilib. Daha sonra Özbəkistanın adıçəkilən universiteti ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub. Universitetin prorektorları və dekanları jurnalistləri müşayiət edərək onları universitetlə tanış ediblər.
Paraqraf.com
![]()
