Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 15
  • Təhsil şirkətləri “xaricdə təhsil” adı ilə gəncləri aldadır: Hüquq-mühafizə orqanlarına müraciət edildi

Təhsil şirkətləri “xaricdə təhsil” adı ilə gəncləri aldadır: Hüquq-mühafizə orqanlarına müraciət edildi

admin 15 Noyabr 2025 4 minutes read
1763040196_117174
PAYLAŞIN:
Xaricdə təhsil adı ilə fəaliyyət göstərən bəzi şirkətlərin məsuliyyətsizliyi azərbaycanlı tələbələri çətin vəziyyətə salır.
Bu günlərdə Moldovaya təhsil məqsədilə yollanan 40-a yaxın azərbaycanlı gəncin ölkəyə girişinə icazə verilməyib və onlar geri qaytarılacaq. Məlum olub ki, tələbələrin sənədləri düzgün qaydada tərtib olunmayıb.
Ukraynada təhsil almaq üçün yollanan azərbaycanlı tələbələrin universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfi onların ölkəyə girişinə icazə verməyib. Tələbələr ölkəmizə geri qaytarılacaq.
Təhsil eksperti Elşən Qafarov AZXEBER.COM-a açıqlamasında deyib ki, burada həmin gəncləri xaricə aparan təhsil şirkətləri məsələləri düzgün qurmayıb: 
“Burada həmin gəncləri xaricə aparan şirkətlər təşkilati məsələləri düzgün qurmayıb. Nəticədə, təəssüf doğuran və etimadı zədələyən bir vəziyyət yaranıb. Ümumiyyətlə, xaricdə təhsillə bağlı sahə bir qədər fərqli və ciddi yanaşma tələb edən biznesdir. Burada həm “beyin axını”, həm də insan alveri ehtimalları böyükdür”.
Eskpert xaricdə təhsil şirkətləri ilə bağlı müvafiq qurumlara müraciət edib:
“Bu baxımdan düşünürəm ki, hüquq-mühafizə orqanları xaricdə təhsil şirkətlərinin fəaliyyətini nəzarətə götürməlidirlər. Hər kəs bu sahə ilə məşğul ola bilməz. Hazırda onlarla, hətta yüzlərlə insan bu şirkətlər vasitəsilə xaricə göndərilir və bu prosesdə böyük məbləğdə pullar dövriyyəyə girir. Burada təkcə maliyyə maraqları deyil, həm də milli maraqlar məsələsi var. Belə fırıldaqçı şəxslər bu sahədə fəaliyyət göstərə bilməməlidirlər”.
Ekspert bildirib ki, vətəndaşlar da diqqətli olmalıdırlar:
“Vətəndaşlar xaricdə təhsil üçün müraciət edərkən, şirkətlərin təklif etdiyi ucuz variantlara aldanmamalıdırlar. Müraciət etdikləri şirkətin əvvəllər hansı tələbələri xaricə göndərdiyini, həmin tələbələrin hansı universitetlərdə oxuduğunu və onlarla əlaqə qurulub-qurulmadığını araşdırmaq lazımdır. Dəqiqləşdirmə aparmadan, 2-3 min manat qarşılığında hər hansı şirkətə müraciət etmək düzgün deyil”.
E.Qafarov əlavə edib ki, Moldovaya gedən gənclərin sənədlərində müəyyən uyğunsuzluqlar olub:
“Moldovaya gedən gənclərin sənədlərində müəyyən uyğunsuzluqlar olub. Çünki Azərbaycanla Moldova arasında çox yaxşı münasibətlər mövcuddur və düşünmürəm ki, burada hər hansı mənfi yanaşma sərgilənib. Əgər sənədlər doğrudursa, həmin şəxslərin Moldovaya buraxılmaması üçün heç bir əsas yoxdur. Deməli, sənədlərdə saxtalaşdırma və ya yanlış məlumat halları olub. Həmin şəxslər xaricdə təhsil adı altında fəaliyyət göstərən bəzi şirkətlər tərəfindən aldadılıblar”.

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan Rusiyaya nota verdi
Next: Tanınmış hakim təqaüdə göndərildi

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-05 at 23.25.50

Müəllimlik bitərsə, kainat bir heç olar.

admin 06 Mart 2026
KoatlgIQPOUwnsSbjHkzTAVYS639K8cRHitirXIS_1200

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

admin 05 Mart 2026
cBZDMTXUFVtnbyhDXf4WRJzwTFY2B9ubqdkiXMX5_1200

Emin Əmrullayev məktəb direktorlarına tədrisin keyfiyyətinin yüksəldilməsini tövsiyə edib

admin 04 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.