Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 15
  • “Bakı–Ankara–İslamabad üçbucağı Azərbaycanın geostrateji mövqeyini gücləndirir” – Pərvanə Vəliyeva

“Bakı–Ankara–İslamabad üçbucağı Azərbaycanın geostrateji mövqeyini gücləndirir” – Pərvanə Vəliyeva

admin 15 Noyabr 2025 4 minutes read
pervane_veliyeva
PAYLAŞIN:

“Son illər Bakı, Ankara və İslamabad arasında formalaşan üçtərəfli əməkdaşlıq təkcə siyasi-iqtisadi tərəfdaşlıq deyil, həm də regional geostrateji platforma rolunu oynayır. Üçtərəfli bəyanatlar və hərbi parad nümunələri həm daxili legitimliyi gücləndirir, həm də xaricdə siyasi müttəfiqlik mesajı verir. Bu əməkdaşlıq Azərbaycanın təhlükəsizlik və müdafiə imkanlarını, tranzit-logistika və enerji bağlantılarını möhkəmləndirir və Bakının çoxvektorlu xarici siyasətini dəstəkləyir. Türkiyə ilə müdafiə-sənaye və hərbi təlim əlaqələri Azərbaycan ordusunu NATO standartlarına yaxınlaşdırmaq və əməliyyat qabiliyyətini artırmaqda həlledici rol oynayır. Pakistanla hərbi əməkdaşlıq — o cümlədən JF-17 tipli döyüş təyyarələrinin alınması — ölkənin hava və müdafiə gücünü möhkəmləndirir. Üç ölkə arasındakı sıx münasibətlər Azərbaycanın Qafqazda, türk dünyasında və İslam dünyasında daha geniş siyasi dəstək əldə etməsinə imkan yaradır”.

 

Bu fikirləri  açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

 

Xatırladaq ki, son illərdə Cənubi Qafqaz və qonşu regionlarda geosiyasi dinamika sürətlə dəyişir. Qlobal güclər arasında artan rəqabət və regional təhlükəsizlik çağırışları dövlətləri strateji ittifaqlar yaratmağa sövq edir. Bu baxımdan Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan “Bakı–Ankara–İslamabad” üçbucağı yalnız siyasi və iqtisadi əməkdaşlıq deyil, həm də geostrateji və hərbi-diplomatik birliyin yeni modeli kimi diqqət çəkir. Bu üçtərəfli əməkdaşlıq regionda sabitlik, təhlükəsizlik və strateji balansın qorunmasında mühüm rol oynaya bilər.

 

Deputat qeyd edib ki, əməkdaşlıq eyni zamanda yeni nəqliyyat şəbəkələri, enerji layihələri və ticarət marşrutları üçün siyasi zəmin yaradır, bu da Azərbaycanın tranzit rolunu və iqtisadi inkişaf strategiyasını gücləndirir.

 

“Türkiyə NATO üzvü olduğundan, Ankara vasitəsilə Bakı-NATO əlaqələrinin inkişafı üçün körpü rolunu davam etdirə bilər. Praktik səviyyədə Türkiyə ilə birgə təlimlər və texniki əməkdaşlıq Azərbaycan ordusunun NATO standartlarına yaxınlaşmasına yardım edir, bu isə Alyansla əməkdaşlığı asanlaşdırır. NATO ölkəsi kimi Azərbaycan Ermənistanla normallaşma prosesini dəstəkləyir. Ölkəmizə NATO heyəti yaxınlarda səfər edib və mühüm görüşlər keçirilib. Azərbaycan NATO-nun əməkdaşlıq alətlərindən uğurla istifadə edir və bu proqramlarda ən fəal iştirak edən ölkələrdən biridir. Müdafiə Nazirliyi Silahlı Qüvvələrin iştirak etdiyi proqramların siyahısını aparır. Bunlara Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı, Planlaşdırma və İcmal Prosesi, Əməliyyat Qabiliyyətləri Konsepsiyası, Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı və Təhlükəsizlik və Sülh Naminə Elm Proqramı daxildir. Beləliklə, Bakı Türkiyə vasitəsilə NATO ilə müdafiə texnologiyaları və təlim mübadiləsini, Pakistanla isə regional təhlükəsizlik və kəşfiyyat koordinasiyasını həyata keçirə bilir. Ümumilikdə bu əməkdaşlıq Azərbaycanın hərbi və müdafiə potensialını artırır və beynəlxalq hərbi alyanslarda nüfuzunu gücləndirir”. (Aznews)

 

Rəfiqə Namazəliyeva

Loading

Visited 12 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Yarışma Kalkulyator Haqqımızda Əlaqə Axtar AzRu Avtosfer.az Ana səhifə +Avtoxəbər +Gündəm Xəbərlər Qaydalar Yol polisi +Maraqlı Avtosfer TV Avtosfer Foto Çində avtomobillərin sürətlənmə vaxtı məhdudlaşdırılacaq
Next: Sumqayıt Dövlət Universiteti I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumuna ev sahibliyi edib

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.