Çinin “Alibaba Group” texnoloji şirkəti ABŞ-dəkı hədəflərə qarşı əməliyyatlar üçün Çin Xalq Azadlıq Ordusuna texnologiya və məlumat ötürür.
Paraqraf.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Ağ Evin memorandumuna istinadən xəbər verir.
Qəzet yazır ki, bu iddialar Vaşinqtonun Çinin bulud servisləri, süni intellekti ilə əlaqədar və Pekinin ABŞ-dəki məxfi məlumatlara çıxış əldə etməklə bağlı artan narahatlığını əks etdirir.
1 noyabr tarixli sənəddə deyilir ki, şirkət Çin hərbçilərinə və hökumətinə IP ünvanları, “Wi-Fi” və ödəniş məlumatları daxil olmaqla istifadəçi məlumatlarına giriş və süni intellektlə bağlı müxtəlif xidmətlər təqdim edir.
“Alibaba” bu iddiaları tam cəfəngiyat, ictimai rəyi manipulyasiya etmək və şirkəti ləkələmək cəhdi adlandırıb.
Paraqraf.com
![]()
