Türkiyənin Gürcüstanda qəzaya uğrayan yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankarada vida mərasimi keçirilib.
“Paraqraf.com” un məlumatına görə, Mürted Hava Bazası Komandanlığında keçirilən vida mərasimində Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmiləri, şəhid hərbçilərin yaxınları iştirak ediblər.
Vida mərasiminin ardınca cənazələr hərbçilərin doğulduğu bölgələrə göndərilib.
Qeyd edək ki, noyabr 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C 130” tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqari monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.
Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub.
Paraqraf.com
![]()
Visited 8 times, 1 visit(s) today
