Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin mənzilinə həbs qoyulub.
Paraqraf.com xəbər verir ki, bu barədə “Pirveli” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunan keçmiş baş nazir azadlıq müqabilində girov olaraq bir milyon lari (təxminən 630 min manat) ödəyə bilməyib və bunun əvəzinə İvanişvilinin ona hədiyyə etdiyi evi girov qoyub.
Məhkəmə keçmiş baş nazirə girov ödəmək üçün 30 gün vaxt verib. Qaribaşviliyə ölkəni tərk etmək qadağan olunub və pasportu götürülüb.
Keçmiş baş nazirə “xüsusilə böyük məbləğdə gəlir əldə etməklə qanunsuz gəlirlərin leqallaşdırılması” maddəsi ilə ittiham irəli sürülüb. Gürcüstan qanuverciliyində bu cinayətə görə 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Paraqraf.com
![]()
