Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elşən Nazim oğlu Həsənli bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Paraqraf.com APA-ya istinadən xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Elşən Həsənli ona göstərilən etimada görə minnətdarlıq edib.
Paraqraf.com
![]()
Visited 9 times, 1 visit(s) today
