Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/Uncategorized/Əvvəl aliment ödənilir, yoxsa kredit? – Çox verilən suala CAVAB
Uncategorized

Əvvəl aliment ödənilir, yoxsa kredit? – Çox verilən suala CAVAB

13 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

Bəzən vətəndaşların həm aliment, həm də banka kredit borcu olur, yəni eyni anda bir neçə maliyyə öhdəliyini yerinə yetirməli olurlar. 

Zamanında ödənilmədikdə bu borcların hər ikisi icra mərhələsinə keçərək məhkəmə qərarı ilə vətəndaşın maaşından tutulur.

Belə hallarda isə əsas sual yaranır:vətəndaşın qazancından çıxılan məbləğ ilk növbədə hansı istiqamətə yönəldilməlidir – uşağın təminatı üçün nəzərdə tutulan aliment ödənişinə, yoxsa bank qarşısındakı kredit borcuna? 

Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü, insan hüquqları üzrə ekspert, hüquqşünas Roman Qaraşov bildirib ki, borclunun gəlirindən tutulmuş pul bütün tələbləri eyni anda ödəməyə kifayət etmədikdə, ödənişlər müəyyən ardıcıllıqla həyata keçirilir:

“Əgər vətəndaşın həm aliment, həm də bank qarşısında borcu varsa, bu zaman onun maaşından və ya digər gəlirindən tutulan məbləğin hansı borcun ödənilməsinə yönəldiləcəyi qanunla müəyyən edilir.

“İcra haqqında” Qanunun 75-ci maddəsinə əsasən, borclunun gəlirindən tutulmuş pul bütün tələbləri eyni anda ödəməyə kifayət etmədikdə, ödənişlər müəyyən ardıcıllıqla həyata keçirilir. Bu ardıcıllığa görə, ilk növbədə aliment və sağlamlığa vurulmuş zərərin ödənilməsi ilə bağlı borclar təmin olunur. 

Yalnız bu ödənişlər tam yerinə yetirildikdən sonra digər borclar, o cümlədən bank kreditləri ödənilə bilər. Bu yanaşma ondan irəli gəlir ki, aliment sosial xarakter daşıyır və uşağın, ailə üzvlərinin dolanışığının təminatına xidmət edir, yəni cəmiyyət üçün daha vacib hesab olunur”. 

Hüquqşünas qeyd edib ki, bu qayda təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə tətbiq edilir:

“Məsələn, Almaniya, Fransa və digər Avropa ölkələrində də aliment ödənişləri hər zaman bank borclarından üstün tutulur. Hətta beynəlxalq sənədlərdə, o cümlədən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasında uşağın maraqlarının hər şeydən üstün olduğu qeyd olunur. 

Ona görə də istər milli qanunvericilikdə, istərsə də beynəlxalq təcrübədə aliment borcu sosial məsuliyyət kimi qiymətləndirilir və onun ödənilməsi bütün digər maddi öhdəliklərdən əvvəl gəlir”. (Cebheinfo)

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İcra başçıları nə qədər maaş alır? – SİYAHI

Next

Vətəndaşlara yarım milyonluq ziyan vurub ölkədən qaçdı – VİDEO

Copyright 2026— Praqraf.com. All rights reserved