Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfəri zamanı Moskva və Astananın hərtərəfli strateji tərəfdaşlığa keçidi ilə bağlı bəyəmnamə imzalanacağını açıqlayıb.
“Paraqraf.com” xarici KİV-ə istinadən xəbər verir ki, Tokayevin Rusiyaya dövlət səfəri noyabrın 11-12 – nə planlaşdırılıb.
“Moskvaya səfərimin geniş gündəliyinin əsas bəndi Qazaxıstan və Rusiya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə keçməsi haqqında bəyəmnamənin imzalanması olacaq”, – Tokayev qeyd edib.
O vurğulayıb ki, bəyəmnamə Moskva və Astana arasında görünməmiş etimad səviyyəsini, eləcə də bütün sahələrdə daha sıx əməkdaşlıq etməyə birgə hazır olduqlarını təsdiq edəcək.
Paraqraf.com
![]()
Visited 11 times, 1 visit(s) today
