Ermənistanın Azərbaycan üzərindən keçməklə Qazaxıstandan taxıl və ərzaq buğdası alması Rusiyanın narazılığına səbəb olub.
Paraqraf.com xəbər verir ki, Rusiya Ermənistanın bu addımını Ukraynanın maraqlarına xidmət etmək kimi qiymətləndirib.
“Rusiyanın xarici kəşfiyyat xidməti iddia edir ki, Ermənistan Rusiyadan asılılığını azaltmaq üçün atılan addımların bir hissəsi olaraq ucuz Rusiya taxılından imtina etmək və Ukraynadan daha bahalı taxıl almaq niyyətindədir.
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidmətinin verdiyi açıqlamada qeyd edilir ki, Quai d’Orsay-dakı (Fransa XİN) Fransanın Avropa və Xarici İşlər Nazirliyi çaşqınlıq içindədir.
Ke-Dorsa İrəvanın Moskva ilə daha bir əlaqə xəttini zəiflətməyə hazır olduğu barədə məlumat daxil olub. Uzun illər Ermənistan Rusiyadan taxıl alıb. İndi isə siyasi səbəblərdən ermənilər, necə deyərlər, Moskvadan yaxa qurtarmaq və Ukraynaya kömək etmək üçün – lazımi miqdarda taxılın bir hissəsini “müstəqil” ölkədən almaq istəyirlər.
Lakin problem budur: “Ukrayna taxılı iki dəfədən çox bahadır. Lakin İrəvanın vurğuladığı kimi, bu, prinsip məsələsidir – dostluq dostluqdur, pul isə puldur”, – bəyanatda belə deyilir.
Rusiya Xarici Kəşfiyyat Xidməti qeyd edib ki, Brüsseldən Ukraynadan alınacaq taxılın artıq xərcini kompensasiya etmək tələb olunur. Bu, isə Fransanı çaşdırıb.
“Cəlbedici olan odur ki, Avropa Birliyinə “üçü birində” razılaşma təklif olunur: Ermənistan üçün taxıl, Kiyevə dəstək və Moskva ilə İrəvan arasında inamsızlığın yaradılması.
Əsas sual pulu haradan əldə etməkdir. Ukrayna münaqişəsi və Rusiyanı məğlub etmək istəyi səbəbindən Aİ ölkələri sosial-iqtisadi böhranın astanasındadır və büdcələri boşdur. Ukrayna taxılının pulunu oğurlanmış Rusiya aktivləri ilə ödəmək yaxşı olardı”, – deyə məlumatda bildirilir.
Lakin Rusiya kəşfiyyatı Belçikanın bu məsələdə tərəddüd etdiyini xəbər verir.
![]()
