Əvvəllər xarici tərəfdaşlar İrəvana silah satmaqdan imtina edirdilər, çünki bu silahların Ermənistanın suveren ərazisindən kənarda yerləşdirilə biləcəyindən ehtiyat edirdilər.
“Paraqraf.com” un Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.
“Niyə indi silah əldə edə bilərik, əvvələr isə yox? Ən əsası odur ki, indi strategiyamız legitimliyə əsaslanır. O zaman açıq şəkildə deyirdilər ki, bizə silah sata bilməzlər, çünki bizim bu silahları öz suveren ərazimizin xaricində istifadə etməyəcəyimizə, yəni beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz olmayan ərazilərdə yerləşdirməyəcəyimizə zəmanətləri yox idi”,- o bildirib.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
