Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 12
  • Masallıda “Zülməti dələn işıq” layihəsinin təqdimat mərasimi keçirilib – FOTOLAR

Masallıda “Zülməti dələn işıq” layihəsinin təqdimat mərasimi keçirilib – FOTOLAR

admin 12 Noyabr 2025 3 minutes read
2888aa2f1c5648e6ab788423bcf537df30102025124512837
PAYLAŞIN:

Masallı şəhərində “Zülməti dələn işıq” adlı sosial yönümlü layihənin təqdimatı keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi (RHİMİB) tərəfindən həyata keçirilir.

Paraqraf.com xəbər verir ki, tədbir çərçivəsində “Soyuq Günəş” filmi ilk dəfə səsli bətimləmə ilə nümayiş etdirilib. Görmə imkanları məhdud şəxslərin mədəni həyata bərabər şəkildə qoşulmasına şərait yaradan bu təşəbbüs, inklüziv cəmiyyətin formalaşması yönündə önəmli addım kimi dəyərləndirilib.

Təqdimat mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tohid Hüseynov, Milli Məclisin deputatı İlham Məmmədov, tanınmış ictimai xadim Hacı Nuran, RHİMİB sədri Arzu Bağırova, filmin ssenari müəllifi Sədaqət Kərimova və layihənin prodüseri Ramal Əzimzadə çıxış edib.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial siyasət və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın inklüziv sahəyə göstərdiyi diqqət, qayğı xüsusi vurğulanıb. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən layihələr cəmiyyətin hər bir üzvünün bərabər hüquq və imkanlardan faydalanmasına xidmət edir.

Layihənin rəhbəri Nilufər Lətif çıxışında bildirib ki, “Zülməti dələn işıq” layihəsinin məqsədi — görmək və eşitmək imkanından asılı olmayaraq, hər kəsin filmin duyğularını hiss edə bilməsinə şərait yaratmaqdır.

Nilufər Lətif filmin seçim prosesindən danışarkən prodüser Ramal Əzimzadənin sözlərini xatırladıb:

“Dostlarım “Soyuq Günəş” filmini səsli bətimləmə ilə izləmək istəyirdi; ona görə də biz məhz bu filmi seçdik.”

Tədbir iştirakçıları filmi böyük maraqla izləyib. Nümayiş zamanı zalda səmimi və duyğulu atmosfer hökm sürüb. “Zülməti dələn işıq” layihəsi bir daha sübut etdi ki, işıq bəzən gözlə deyil, qəlblə görünür.

Fotolar(QHT.az)

Loading

Visited 16 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: KİV: Türkiyə hərbi təyyarəsi Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb
Next: İsrail rəsmisi: “Ordu İranla 12 gündən çox davam edə biləcək müharibəyə hazırlaşır”

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.