Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 11
  • Bakıda 15 yaşlı qızı qaçıran gəncə HÖKM OXUNDU

Bakıda 15 yaşlı qızı qaçıran gəncə HÖKM OXUNDU

admin 11 Noyabr 2025 2 minutes read
9e938120-9679-4f1f-af87-52dd48786d13
PAYLAŞIN:

Bakıda 15 yaşlı qızı evlənmək məqsədilə qaçıran gənc Ağstafada saxlanılıb.

Paraqraf.com Lent.az-a istinadən xəbər verir ki, 15 yaşlı Şəlalə Qasımova (ad və soyad şərtidir) Bakının Nizami rayonu ərazisində yerləşən gözəllik salonunda 25 yaşlı Orxan Xəlilovla (ad və soyad şərtidir) tanış olub. Orxan həmin salonda tatu vurur və saç kəsirmiş. Şəlalə isə salona dırnaq ustasının yanına öyrənməyə gəlirmiş. Get-gedə onların tanışlığı sevgiyə çevrilib, Orxan Şəlaləni oxuduğu peşə məktəbinə aparıb ötürürmüş.

Günlərin bir günü Orxan Şəlaləni razılıq əsasında evlənmək üçün qaçırır. Zərərçəkənin sözlərinə görə, onlar əvvəlcə Sabunçu qəsəbəsi, “bit bazarı” yaxınlığında Orxanın ailəsi ilə kirayədə qaldığı birotaqlı evə gediblər:

“Burada Orxanın atası ayrı çarpayıda, mən Orxan və anası isə bir çarpayıda yatırdıq”.

Bir müddət sonra cütlük Qazax şəhərinə gedərək, orada kirayə evdə qalıb. Həmin evdə ilk dəfə təbii yolla cinsi əlaqədə olublar. Sonra isə Tovuz və Bakıda müxtəlif ünvanlarda qalıblar. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində, Orxanın qohumunun evində qalan zaman təqsirləndirilən şəxs saxlanılıb.

Orxan Xəlilovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (14 yaşına çatmış, amma 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaq) maddəsi ilə cinayət işi açılıb. Orxan istintaq zamanı ifadəsində Şəlaləni öz həyat yoldaşı kimi qəbul etdiyini və onunla barışmaq istədiyini deyib.

Zərərçəkən hər şeyin öz razılığı əsasında baş verdiyini desə də, Orxanla barışmadığını və ondan şikayətçi olduğunu bildirərək, onun ağır cəzalandırılmasını istəyib.

Ağstafa Rayon Məhkəməsinin qərarı ilə Orxan Xəlilov barəsində bir il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Paraqraf.com

Loading

Visited 4 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Avropa Trampa səs verəcək: Belçikada ABŞ prezidentinin adını daşıyan partiya yaradılıb
Next: Misirdə ağır yol-nəqliyyat hadisəsi baş verib: Ölənlər var

OXŞAR MÖVZULAR

w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

admin 07 Mart 2026
df9cihAyFKO79jIq6ujcoT9exrI5aee85mkdloWh_1200

Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib

admin 07 Mart 2026
0qNeEe55S8uSrzyl5xBcFL9k0Be2Baaha5IDwnAk_1200

Salyanda 63 yaşlı kişidən avtomat və narkotik götürülüb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.