Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 9
  • Nyu-York meri 8 noyabrı Azərbaycanın Zəfər Günü kimi tanıyıb

Nyu-York meri 8 noyabrı Azərbaycanın Zəfər Günü kimi tanıyıb

admin 09 Noyabr 2025 2 minutes read
IMG-20251109-WA0023
PAYLAŞIN:

ABŞ-nin Nyu-York şəhəri meriyası 8 noyabr 2025-ci ilin Azərbaycan Respublikasının Zəfər Günü kimi tanınması ilə bağlı bəyannamə imzalayıb.

Paraqraf.com “Report”a istinadən xəbər verir ki, sənəd Azərbaycan-Amerika Gənclər Federasiyasına (AAYF) ünvanlanıb.

Sənəddə şəhər meri Azərbaycan xalqını tarixi Zəfər Günü münasibətilə təbrik edib və sevincinə şərik olduğunu bildirib.

Sənəddə qeyd olunur ki, AAYF mədəni mübadilə, gənclərin inkişafı və vətəndaş fəallığını təşviq edən, seminarlar, mentorluq təşəbbüsləri və şəbəkələşmə imkanları vasitəsilə azərbaycanlı gəncləri bir araya gətirən nüfuzlu gənclər təşkilatıdır. Federasiya Nyu-Yorkun beş inzibati dairəsində və ABŞ-nin müxtəlif ştatlarında fəaliyyət göstərərək gənc azərbaycanlı amerikalılara dəstək olur.

Mətndə o da vurğulanır ki, AAYF, həmçinin ali təhsil müəssisələri və ictimai təşkilatlarla əməkdaşlıq edərək tədris və qarşılıqlı öyrənmə üçün inklüziv mühitlər yaradır.

Nyu-York şəhərinin meri Erik Adams sertifikatda qeyd edib: “Azərbaycanlı Nyu-yorkluların inkişafına və hər kəs üçün daha parlaq gələcək qurmaq istiqamətindəki səylərinə görə AAYF-i alqışlayıram”.

Sənəd AAYF-nin prezidenti Leyla Aslanovaya təqdim olunub.

Xatırladaq ki, AAYF 2023-cü ildə ABŞ-də təhsil alan azərbaycanlı tələbələr tərəfindən təsis edilib.

 

Paraqraf.com

Loading

Visited 12 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Mikayıl Cabbarov 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar paylaşım edib
Next: “Xpeng” hava taksisini təqdim etdi

OXŞAR MÖVZULAR

6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

admin 23 Aprel 2026
PREcRIOBL9DeTo6Q1wyv58sTF14crouVLuJVqfFf_1200 (2)

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir – PROQNOZ

admin 23 Aprel 2026
17045b47-6174-3cb7-b9d5-2beef65c2369_1200

Hakim: Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

İkinci Dünya müharibəsində iştirak etmiş, orden və medallarla təltif edilmiş şəxslərə maddi yardım veriləcək d443bbc5-d812-3471-bbbd-5890cf6743dd_1200

İkinci Dünya müharibəsində iştirak etmiş, orden və medallarla təltif edilmiş şəxslərə maddi yardım veriləcək

24 Aprel 2026
Ombudsmanın nümayəndələri repatriantlarla görüş keçirib EK6WUpIECpHKitCIb7J1ZNh0ARvGesL0uygZHbJ6_1200 (1)

Ombudsmanın nümayəndələri repatriantlarla görüş keçirib

24 Aprel 2026
Bu il yarış dəyişir: ən yüksək bal artımı I qrupda gözlənilir IMG-20260424-WA0011

Bu il yarış dəyişir: ən yüksək bal artımı I qrupda gözlənilir

24 Aprel 2026
İcbari avtosığortada yeni mərhələ: sürücüləri nə gözləyir? IMG-20260424-WA0009

İcbari avtosığortada yeni mərhələ: sürücüləri nə gözləyir?

24 Aprel 2026
Elçin Alıoğlu: “Güney Azərbaycanın azadlıq mübarizəsi hələlik təxirə salınıb” IMG-20260424-WA0008

Elçin Alıoğlu: “Güney Azərbaycanın azadlıq mübarizəsi hələlik təxirə salınıb”

24 Aprel 2026
Ekspert: “Enerji və logistika xərclərindəki artımlar provayderlərin xidmət xərclərinə təsir göstərir” IMG-20260424-WA0006

Ekspert: “Enerji və logistika xərclərindəki artımlar provayderlərin xidmət xərclərinə təsir göstərir”

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.