Türkiyənin gənc və enerjili ifaçısı Meltem Hayırlı noyabrın 29-da paytaxtda çıxış edəcək. Konsert Jolly Joker Bakı səhnəsində saat 20:00-da baş tutacaq.
Tədbir Mahzen Management və Sipan Babur təşkilatçılığı ilə reallaşacaq. Tamaşaçılar ifaçının özünəməxsus enerjisi, canlı performansı və dinamik səhnə tərzi ilə yadda qalacaq proqramın şahidi olacaqlar.
Meltem Hayırlı müasir musiqi tərzi, səhnə xarizması və fərqli vokal ifası ilə son illərin diqqət çəkən adlarından biridir. Bakı konsertində o, həm yeni mahnılarını, həm də pərəstişkarlarının sevdiyi hitlərini səsləndirəcək.
Gecə Jolly Joker Bakı klubunda musiqi və əyləncə dolu atmosferdə keçəcək.
Biletləri iticket.az saytından və ya satış məntəqələrindən əldə etmək mümkündür.
![]()
