Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Payızda huşunu itirmə hallarının artması təsadüfi deyil” – Adil Geybulladan vacib AÇIQLAMA
CƏMİYYƏT

“Payızda huşunu itirmə hallarının artması təsadüfi deyil” – Adil Geybulladan vacib AÇIQLAMA

07 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Payız mövsümündə insanların halsızlıq, başgicəllənmə və huşunu itirmə halları daha çox müşahidə olunur.

Mövzu ilə bağlı terapevt Adil Geybulla paraqraf.com-a açıqlamasında bildirib ki, bu vəziyyət təkcə iqlim dəyişikliyi ilə bağlı deyil. Onun sözlərinə görə, payız aylarında orqanizmin həm hava şəraitinə, həm də təzyiq və temperatur fərqlərinə adaptasiyası çətinləşir.

“Payızda havaların dəyişməsi, təzyiq fərqləri və temperaturun enməsi orqanizmdə müəyyən narahatlıqlara səbəb olur. Lakin bunlar yeganə amillər deyil. Uzunmüddətli koronavirus təsirləri, yuxarı tənəffüs yollarının respirator infeksiyaları və zəif immunitet də bu halların artmasına gətirib çıxarır,” – deyə ekspert vurğulayıb.

Adil Geybulla bildirib ki, sağlamlığın qorunması üçün insanların gündəlik vərdişlərinə diqqət etməsi vacibdir:

“İlk növbədə sağlam qidalanmaq, vitaminlə zəngin məhsullara üstünlük vermək lazımdır. Fiziki aktivlik, açıq havada gəzinti və hərəkətli həyat tərzi bu cür vəziyyətlərin qarşısını ala bilər”.

Terapevt əlavə edib ki, müasir dövrdə insanların azhərəkətli həyat tərzi, qeyri-sağlam qidalanma və artıq çəki problemi ürək-damar sisteminə ciddi təsir göstərir:

“Təəssüf ki, bu amillər erkən yaşda infarkt, insult və qəfil ölüm hallarının əsas səbəblərindəndir,” – deyə Adil Geybulla qeyd edib.

Cəfərova Validə
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ünvanlı sosial yardımın məbləği arta bilər

Next

ABŞ Orta Asiyada güc balansını dəyişdi: Tramp və Mirziyoyev 100 milyard dollarlıq sazişə imza atdı!

Copyright 2026— Praqraf.com. All rights reserved