Füzuli şəhərində magistral su xətlərinin, tullantı və yağış kollektorlarının, həmçinin mühəndis qurğularının tikintisi ilə bağlı yeni tender elan olunub.
Paraqraf.com Oxu.AZ-a istinadən xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 17 milyon 450 min 725 manatdır.
“Tikilməkdə olan obyektlərin müdiriyyəti” publik hüquqi şəxsi (PHŞ) tərəfindən keçirilən satınalmaya noyabrın 20-də yekun vurulacaq.
Layihədə Füzuli şəhərinin magistral su xətlərinin, tullantı və yağış kollektorlarının, eləcə də müvafiq qurğuların layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsi nəzərdə tutulub.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
