Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Yenidən İrəvana getdi
DÜNYASİYASƏT

Yenidən İrəvana getdi

04 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov yenidən Ermənistana səfər edib.

Paraqraf.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, İrəvanda təşkil edilən “Orbeli forumu: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” adlı beynəlxalq foruma qatılıb.

Tədbirdə çıxış edən mərkəz direktoru bildirib ki, Azərbaycanda ictimaiyyət və KİV ötən ay vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvana səfərinin nəticələrinə maraq göstərir:

“Cəmiyyətlər arasında dialoqa maraq artır, İrəvan səfəri isə etimad quruculuğu istiqamətində bir addım olub. Bir çoxları müsbət yanaşır, KİV səfərin nəticələri ilə fəal şəkildə maraqlanır. Düşünürəm ki, Ermənistan nümayəndə heyəti Azərbaycana səfər edib qayıtdıqdan sonra burada da eyni reaksiya olacaq. Biz qarşılıqlı tanışlıq mərhələsindəyik. Bu gün qarşıdurma ritorikasını davam etdirmək də olar, bir-birimizi eşitməyə və anlamağa çalışmaq da. Vacib olan budur ki, indi ikinci yolu seçmək imkanımız var”.

Xatırladaq ki, oktyabrın 22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub.

Dəyirmi masada Azərbaycan tərəfini Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, 1news.az xəbər portalının baş redaktoru Kəmalə Məmmədova, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Xankəndidə küçəyə Ənvər Paşanın adı verildi

Next

Vatsapda dələduzluq halları artıb – Xəbərdarlıq

Copyright 2026— Praqraf.com. All rights reserved