Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 4
  • Yaxın Şərqdə gərginlik artır: ABŞ–İran münasibətləri qırılma nöqtəsində!

Yaxın Şərqdə gərginlik artır: ABŞ–İran münasibətləri qırılma nöqtəsində!

admin 04 Noyabr 2025 3 minutes read
Изображение WhatsApp 2025-11-04 в 15.46.48_6bae9d39
PAYLAŞIN:

ABŞ və İran arasında onilliklərdir davam edən gərgin münasibətlər yenidən beynəlxalq gündəmin mərkəzinə çevrilib. İranın ali rəhbəri Əli Xameneinin son çıxışı isə iki ölkə arasında yaxın zamanda diplomatik yaxınlaşmanın mümkünlüyünə dair bütün ümidləri bir daha zəiflədir. Xamenei bildirib ki, Vaşinqtonun İsraili dəstəkləməyə və Yaxın Şərq məsələlərinə müdaxiləyə davam etdiyi müddətdə Tehran üçün ABŞ-lə əməkdaşlıq qəbuledilməzdir.

Ekspertlər hesab edirlər ki, bu bəyanat Vaşinqton–Tehran münasibətlərinin gələcək perspektivlərini bir qədər də qəlizləşdirir. Politoloqların fikrincə, tərəflər arasında etimad böhranı təkcə diplomatik deyil, həm də ideoloji və strateji xarakter daşıyır.

Politoloq Züriyə Qarayeva “Paraqraf.com”a açıqlamasında bildirib ki, İranın ali rəhbəri Əli Xameneinin son açıqlaması Vaşinqton–Tehran münasibətlərinin yaxın gələcəkdə normallaşması perspektivlərini bir daha sual altına alır:

Züriyə Qarayeva: Gürcüstanda hakimiyyət çətin vəziyyətdədir - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

“Xamenei ABŞ-nin İsraili açıq şəkildə dəstəkləməsini və Yaxın Şərqdəki hərbi iştirakını İranla əməkdaşlığın qarşısında əsas maneə kimi göstərməklə, diplomatik əlaqələrin bərpası üçün ideoloji və strateji sədlərin hələ də qalmaqda olduğunu vurğulayıb.

Hazırkı reallıqda ABŞ və İran arasında münasibətlərin tənzimlənməsi üçün sadəcə taktiki deyil, strateji transformasiya tələb olunur. ABŞ tərəfi üçün əsas problem İranın regional təsir dairəsinin, xüsusilə Yəmən, Livan və Suriya üzərindəki dolayı nəzarətinin azalmasıdır”.

Politoloq qeyd edib ki, İran üçün əsas məsələ Vaşinqtonun “ikili standartlı” siyasətindən imtina etməsi və İsrailin bölgədə üstünlük siyasətinə dəstəyin dayandırılmasıdır:

“Bu şərtlər, xüsusilə indiki geosiyasi konfiqurasiyada, praktiki baxımdan yerinə yetirilməsi çətin görünür.

Bununla belə, qarşılıqlı maraqların toqquşduğu nöqtələrdə şərti dialoq formatları mümkündür. Enerji təhlükəsizliyi, neft bazarının sabitliyi və Qərb sanksiyalarının yumşaldılması kimi sahələrdə məhdud anlaşmalar ABŞ və İranı yenidən masa arxasına gətirə bilər. Lakin bu, diplomatik münasibətlərin tam bərpası deyil, daha çox pragmatik qarşılıqlı razılaşma modelləri şəklində ola bilər.

Nəticə etibarilə, Xameneinin ritorikası göstərir ki, Tehran hələlik münaqişəni ideoloji səviyyədən strateji əməkdaşlıq müstəvisinə keçirməyə hazır deyil. Münasibətlərin normallaşması üçün hər iki tərəfin “təsir dairəsi balansı”nı qəbul etməsi və qarşı tərəfi dəyişməyə məcbur etmək cəhdindən imtina etməsi lazımdır. Bu baş vermədikcə, ABŞ–İran münasibətləri tənzimlənməkdən çox, idarə olunan qarşıdurma vəziyyətində qalacaq”.

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Visited 16 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Hər kəsin bir sirri var: Bəs biz niyə etiraf etməkdən qorxuruq?
Next: “Konstitusiya və Suverenlik İli” qalibləri mükafatlandırıldı – Hər kəs bu Zəfərin qalibidir!

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.