“Şərq qapısı” qəzeti tərəfindən Zəfərin 5 illiyi münasibətilə elan edilən “Konstitusiya və Suverenlik İli” mövzusunda keçirilən yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbirdə qeyd olunub ki, müsabiqənin əsas məqsədi Azərbaycanın dövlət müstəqilliyini, milli suverenliyini və Vətən müharibəsində qazanılan Zəfərin əhəmiyyətini cəmiyyətə daha dərindən çatdırmaq, gənclərin və yaradıcı şəxslərin vətənpərvərlik ruhunu gücləndirmək olub.
Mükafatlandırma mərasimində vurğulanıb ki, əslində bu müsabiqədə hər bir iştirakçı qalib sayılır. Çünki bu gün Azərbaycan xalqı bütöv, suveren və qalib bir ölkənin vətəndaşı kimi tarix yazmaqdadır.
“Şərq qapısı” qəzetinin redaksiya kollektivi müsabiqədə iştirak edən bütün iştirakçılara dərin minnətdarlığını bildirib və onların gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
![]()
