“Ermənilərin Qarabağa qayıtması Ermənistanla Azərbaycan arasında qurulan sülhə təhlükə yarada bilər”.
Paraqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda “Orbeli: sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” beynəlxalq forumunda çıxış edərkən danışıb.
“Qarabağdan köçən ermənilərin geri qayıtması məsələsini sülh üçün risk hesab edirəm”, – Paşinyan qeyd edib.
O həmçinin sülhü yeni doğulmuş körpə ilə müqayisə edib və onun qayğıya ehtiyac duyduğunu vurğulayıb: “Biz sülh sazişini imzalamalı, sərhədin delimitasiyasını həyata keçirməli və bir-birimizi rahat buraxmalıyıq”.
Paraqraf.com
![]()
Visited 7 times, 1 visit(s) today
