Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 4
  • “Ermənilər sevinməlidirlər ki, biz geri qayıtmaq, onlarla yanaşı yaşamaq istəyirik” – Əziz Ələkbərli

“Ermənilər sevinməlidirlər ki, biz geri qayıtmaq, onlarla yanaşı yaşamaq istəyirik” – Əziz Ələkbərli

admin 04 Noyabr 2025 3 minutes read
308455173_5487805371298966_2774278935974686068_n
PAYLAŞIN:
“Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır”. 
Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli AZXEBER.COM-a açıqlamsında bildirib ki, Prezident İlham Əliyev həmişə olduğu kimi yenə də Ermənistana sülh mesajı verib:
“Prezident Azərbaycanın bölgədə sülh, əmin-amanlıq tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Əslində, bizim Qərbi Azərbaycana qayıdışımız bu gün erməni xalqının da maraqlarına cavab verir. Bu gün ermənilər sevinməlidirlər, minnətdar olmalıdırlar ki, biz geri qayıtmaq, onlarla yanaşı yaşamaq istəyirik. Çünki, hələ son 200 ili demirəm, elə təkcə son 37 il ərzində xalqımıza qarşı törətdikləri cinayətlərin, vəhşiliklərin sayı-hesabı yoxdur.
Lakin bütün bunlara rəğmən, biz yenə də onlara sülh və əməkdaşlıq əlimizi uzadır, birgəyaşayış təklif edirik. Bunu heç bir qalib ölkə heç bir məğlub ölkəyə etməz. Erməni kimi bir topluma isə heç etməzdilər. Amma biz edirik, bizim Müzəffər dövlət başçımız edir. Qarşı tərəf bunu dəyərləndirməyi bacarmalıdır”.
Deputat vurğulayıb ki, bu gün Ermənistanda çoxları bizim geri qayıdışımızı “sülhə mane olan amil” kimi qələmə verməyə çalışır:
“Bu gün Ermənistanda çoxları bizim geri qayıdışımızı “sülhə mane olan amil” kimi qələmə verməyə çalışır. Bu isə tamamilə absurddur. Ona görə ki, erməni və azərbaycanlıların birgəyaşayışı sülhün yeganə qarantıdır. Qarşılıqlı etimadın yeganə şərti birgəyaşayışdır. Mən başa düşürəm, Qarabağdan köçən ermənilərin əksəriyyətinin Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı ya hərbi, ya da dövlət cinayəti var. Onlar gəlməyə qorxurlar, amma Qərbi Azərbaycan qaçqınlarının Ermənistana qarşı belə bir cinayəti olmayıb, biz qayıtmaqdan qorxmuruq, ermənilər də bizim qayıdışımızdan qorxmamalıdır və anlamalıdırlar ki, qarşılıqlı etimadın yaranmasına bizim qayıdışımızdan başlamaq lazımdır”.

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: AMEA-nın 80 illiyi münasibətilə yerli və xarici alimlər döş nişanları ilə təltif olunublar
Next: Hər kəsin bir sirri var: Bəs biz niyə etiraf etməkdən qorxuruq?

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.