Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 3
  • Bazarda nə baş verir? – Güzəşt bitmədən bahalaşma

Bazarda nə baş verir? – Güzəşt bitmədən bahalaşma

admin 03 Noyabr 2025 4 minutes read
1762168298134424374069088dea0869d
PAYLAŞIN:

Azərbaycanda hibrid avtomobillərin idxalına tətbiq olunan güzəştlərin müddəti bitir. 

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub ki, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə ƏDV-dən azad olacaq. Yəni qərar sadəcə elektromobillərə şamil olunacaq.

1 yanvar 2026-cı ildən etibarən sözügedən avtomobillər əlavə dəyər vergisindən (ƏDV) azad olmayacaq. Lakin qərarın icrasına hələ 2 ay olmasına baxmayaraq, maşın bazarındakı qiymətlər artıq dəyişib. Belə ki, son günlərdə hibrid avtomobillərin qiyməti yüksəlib. Eyni zamanda, ikinci əl avtomobillər də bahalaşıb. Göründüyü kimi, hibrid avtomobillərə tətbiq olunan güzəştin ləğv olunması xəbəri belə bazarda qiymət artımına səbəb olub.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov açıqlamasında bildirib ki, yeni ildən hibrid avtomobillər idxal olunanda qiyməti yüksələcəyi üçün ölkədə olan hibrid avtomobillərin də bahalaşması labüddür:

“Bu, qaçılmaz bir prosesdir. Çünki əldəki avtomobillər satıldıqdan sonra yeni idxal edəcəkləri hibrid avtomobillərin qiyməti baha olacaq. Ona görə də hazırkı qiymət artımı normaldır və bazarın qaydalarına uyğundur. Əslində, gözlənilən idi”. 

O, hibrid avtomobillərlə bağlı güzəştin ləğv olunmasını belə şərh edib:

“Görünür, dövlət hibrid avtomobillərə bağlı qismən məqsədlərinə çatıb. Bu, insanların daha çox ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrini istismar etməsinə hesablanmışdı. 

Bu il ərzində ölkəmizə idxal olunan hibrid avtomobillərin sayı ümumilikdə idxal olan maşınların 40 faizini təşkil edir. Bu səbəbdən də sözügedən güzəştlər ləğv olundu. Ümumiyyətlə, bu güzəşt əbədi deyildi, haçansa başa çatmalı idi. Bəlkə gələcəkdə yenə də belə güzəştlər tətbiq oluna bilər”. 

Ekspert qeyd edib ki, Azərbaycanda elektrikli avtomobillərə maraq böyükdür:

“Lakin həmin avtomobillər ölkəmizdə populyar deyil. İnsanların bu avtomobillərə marağı var, ancaq enerji doldurma məntəqələrinin sayının az olması  alışda çətinliklər yaradır. Çünki düşünürlər ki, əsasən Bakı və Abşeronda hərəkət etmələri olacaqlar, bölgələrə səfər etdikdə isə enerji doldurma məntəqələri tapmaya bilərlər. 

Ona görə də Azərbaycanda elektromobil alanların sayı həddindən artıq azdır. Həmçinin, ölkəyə idxal olunan elektromobillərin də sayının az olduğu görünür. Ölkədə enerji doldurma məntəqələrinin sayı artdıqca, elektrikli avtomobillər populyarlaşar. Güzəştə rəğmən ölkəyə idxal olunan və ya satılan elektrikli avtomobillərin kəskin formada artacağını zənn etmirəm”. 

Eldəniz Cəfərovun sözlərinə görə, ikinci əl avtomobil bazarında qiymətlər yüksələcək:

“İdxal olunan hibrid avtomobillərin qiyməti artdığı üçün daxildə satılan maşınlar da bahalaşacaq. Köhnə maşınların qiymətində 10-15 faiz bahalaşma müşahidə oluna bilər. Məsələn, 20 min manata satılan maşın 22-23 minə təklif olunacaq”. (Cebheinfo)

Loading

Visited 13 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Xameneyi ultimatum verdi
Next: Azərbaycanda erməni dilinin tədrisi: Kadr və pul varmı?

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.