Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 3
  • Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı doqquz ayda 7,7 faiz artıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı doqquz ayda 7,7 faiz artıb

admin 03 Noyabr 2025 3 minutes read
176217667513192512516908aea3a7ebe
PAYLAŞIN:

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.7% artaraq 2.6 milyard ABŞ dolları təşkil edib.

Paraqraf.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 20.5% artaraq 841.4 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin doqquz ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 14.9 milyon ABŞ dolları və ya 46.9%, meyvə-tərəvəz 143.7 milyon ABŞ dolları və ya 31.3%, kimya sənayesi məhsulları 45.6 milyon ABŞ dolları və ya 22%, pambıq iplik 2.7 milyon ABŞ dolları və ya 12.5%, çay 159.4 min ABŞ dolları və ya 3.3%, alüminium və onlardan hazırlanan məmulatlar 3.9 milyon ABŞ dolları və ya 2.6%, qara metallar və onlardan hazırlanan məmulatlar 708.1 min ABŞ dolları və ya 1% artıb.

2025-ci ilin yanvar-sentyabr aylarında aqrar məhsullar üzrə ixrac 27.8% artaraq 667.1 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 233.1 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19.2% artaraq 900.2 milyon ABŞ dolları təşkil edib.

Cari ilin doqquz ayında Rusiya Federasiyasına 878.9 milyon ABŞ dolları, Türkiyəyə 435.8 milyon ABŞ dolları, İsveçrəyə 247.8 milyon ABŞ dolları, Gürcüstana 244.8 milyon ABŞ dolları, Ukraynaya isə 147.3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2025-ci ilin sentyabr ayında Rusiya Federasiyasına 64.8 milyon ABŞ dolları, Türkiyəyə 41.1 milyon ABŞ dolları, Gürcüstana 28.4 milyon ABŞ dolları, İsveçrəyə 27.7 milyon ABŞ dolları, Ukraynaya isə 15.5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2025-ci ilin yanvar-sentyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:

“Prime Cotton” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Baku Steel Company” QSC, “Export Stream” Məhdud Məsuliyyətli Cəmiyyəti, “STP Alüminium” MMC, “UYTROP” Məhdud Məsuliyyətli Cəmiyyəti, “TABATERRA”QSC. “P-AQRO” MMC, “HOPER”Məhdud Məsuliyyətli Cəmiyyəti.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,”Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Socar-Dalğıc” MMC ,”İstisu” mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərbaycan Dəmir Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti.

 

Paraqraf.com

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Tramp 2028-ci ildə də namizəd olacaq?
Next: 2026-cı ildə Azərbaycanda Aİ-95 markalı benzinin istehsalı planlaşdırılmır

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.