Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 3
  • Azərbaycanda erməni dilinin tədrisi: Kadr və pul varmı?

Azərbaycanda erməni dilinin tədrisi: Kadr və pul varmı?

admin 03 Noyabr 2025 5 minutes read
1762165727393955296690883dfd12be
PAYLAŞIN:

2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq.

Proqrama əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda orta və ali məktəblərdə bir sıra xarici dillər tədris olunur.Azərbaycanın orta ümumi təhsil müəssisələrində erməni dili tədris oluna bilərmi və hazırda bununla bağlı kadr, tədris vəsaitləri varmı?

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi  bildirib ki, əslində erməni dilinin orta məktəblərdə tədrisi mümkündür, ancaq bununla bağlı Elm və Təhsil Nazirliyi qərar verməlidir:

“Ümumiyyətlə, erməni dilinin tədrisi lazımdır. Hazırda Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universitetində erməni və gürcü dilləri tədris olunur. Biz əvvəlcə qonşu dövlətlə müharibə ərəfəsində olduğumuza görə, düşmənin dilini bilmək prinsipi ilə bu dili öyrənməyə başladıq.

Ancaq indi barışıq imzalandıqdan sonra yəqin ki, qonşu dövlət kimi bir-birimizin dilini bilməliyik. Biz Ermənistanda yaşayarkən orada 3-cü sinifdən Azərbaycan məktəblərində tədris edirdilər. İndi də yenə erməni məktəblərində 3-cü sinifdən başlayaraq, tədricən yəqin ki, digər məktəblərdə də Azərbaycan dilinin tədrisinə başlayacaqlar.

2012-ci ildə ermənilər “Daşaltı əməliyyatı”nın 20 illiyini qeyd edərkən orada erməni general çıxışında bildirmişdi ki, “Biz azərbaycanlıları öz dillərində aldadaraq Daşaltı əməliyyatında məhv elədik”. Həmin çıxışdan sonra bizdə bu məsələ dövlət səviyyəsində müzakirə olundu. Cənab Prezident göstəriş verdi ki, bizdə də erməni dili tədris olunsun. 

O zaman “ATV” televiziya kanalında müsabiqələr keçirildi. Mən Ermənistanda ermənilərlə birgə olmuşdum, orta məktəbdə ermənicə keçmişdim. Yəni erməni dilində bildiyimə görə, mən də bu çağırışa qoşuldum və orada onluğa düşdüm. Mən BDU-nun Tarix fakültəsini bitirmişdim. Mənə təklif etdilər ki, haranı istəyirsən? Gördüm BDU-da yer var və məni buraya göndərdilər. O vaxtdan BDU-da erməni dili tədris olunur. 

Artıq 13 ildir ki, bir neçə ali məktəblərdə erməni dili tədris olunur. Əgər ermənilər Azərbaycan dilinin tədrisinə başlayıblarsa, bizdə də bu reallaşsa ziyan görmərik. Çünki müharibədən sonra bizdə elə bir oyanış baş verib ki, düşmənin dilini bilmək lazımdır”.

Bu sahədə kadr məsələsinə gəldikdə, İsmayıl Tanrıverdi həmin vaxtdan başlayaraq erməni dilini bilən çoxsaylı kadrlar yetişdirdiklərini deyir:

“Onlar da müharibə zamanı və müharibədən sonra əsirlərlə, məhkəmələrlə bağlı bizə çox lazım olur. Bu sahədə mənim bir çox tələbələrim var. BDU-da hazırlanmış əlifba və qrammatikadan istifadə edirlər. Bizdə bir yalnışlığa da yol verirdilər ki, dünyanın heç bir yerində əlifba ilə qrammatikanı eyni vaxtda keçmirlər. Bu, bizdə yayılmışdı. 

Ona görə də biz erməni dilində əlifba hazırladıq. Ən azı 1500-ə qədər söz bazası yaranmışdı. Qrammatikaya keçdikdən sonra hallanma, zamanlar, şəkilçilər öyrənib cümlə quruluşuna keçirlər. Azərbaycanda ilk dəfə tələbələrimlə birgə 1000 səhifəlik, 74 min söz və söz birləşməsindən ibarət Azərbaycan-erməni dilinin lüğəti çap olunub.

Baxmayaraq ki, tirajı cəmi 100 ədəd olmuşdu. İndi tələbələrimizlə çalışırıq ki, çoxasaylı tirajla onu yenidən çap etdirək. Mənim tələbələrimdən biri BDU-nun Tarix fakültəsini “qırmızı” diplomla bitirmişdi və erməni dilini öyrətmişdim, onu mərkəzə işçi kimi götürdüm. İki nəfər qız burada işlədikdən sonra onlayn imtahan verdilər və onlardan biri Dövlət Gömrük Komitəsinə qəbul oldu. Hazırda İran sərhədində işləyir. İkinci qız isə Trabzon Dövlət Universitetinin “Erməni dili qrabarı” doktoranturasına onlayn qəbul oldu.

Bitirdikdən sonra “Erməni dili qrabarı” üzrə Amerikada təcrübə keçdi və hətta orada erməni tələbələr təəccüblənmişdilər ki, “qrabarı bizdən yaxşı bilidir”. Hazırda Xankəndi Universitetində işə qəbul olunub. O, Azərbaycanda “Erməni dili qrabarı” üzrə ilk doktorantdır”.(Cebheinfo)

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Bazarda nə baş verir? – Güzəşt bitmədən bahalaşma
Next: Tramp 2028-ci ildə də namizəd olacaq?

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.