Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 2
  • Şirkətimizə istənilən adı verə bilərik, övladımıza yox

Şirkətimizə istənilən adı verə bilərik, övladımıza yox

admin 02 Noyabr 2025 10 minutes read
Изображение WhatsApp 2025-11-01 в 22.54.06_07953ab5
PAYLAŞIN:

Son illər paytaxtın daha da gözəl olması, təmizliyi, abadlaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. 

Yeni parklar salınır, fəvvarələr yaradılır, küçələr işıqlandırılır ki, bu da şəhər sakinləri tərəfindən müsbət qarşılanır. Bununla yanaşı, hazırda paytaxt küçələrində çoxsaylı mağaza və dükanlar var ki, onların da adları da vətəndaşlar tərəfindən “maraqla” qarşılanır. Belə ki, bu gün paytaxtda fəaliyyət göstərən əksər mağaza və dükanların, iaşə xidmətlərinin adları xarici dildədir.

Bəzən vətəndaşlar həmin obyektlərə yaxınlaşdıqda orada hansı məhsulun satıldığı anlamaqda çətinlik çəkirlər. Məsələn, bu gün Bakıda fəaliyyət göstərən bərbərxanaların 99 faizində “Berber”, yaxud “Barber” lövhəsinə rast gəlmək mümkündür. Milli-mənəvi dəyərlərin qorunmasında müstəsna rol oynayan, millətin varlığını təsdiq edən ana dilimiz hazırda Bakı küçələrindən sıxışdırılmaqdadır.

Halbuki ölkədə uşaqlara ad qoyulmasında xüsusi məhdudiyyətlər var və bu zaman müvafiq qurumlar məsələyə müdaxilə edirlər. Görünən odur ki, övladına ad qoyarkən xüsusi prosedurlara əmək etməli olan vətəndaş şirkətinə, mağazasına ad qoyarkən heç bir qadağa ilə üzləşmir.

Paytaxtdakı mağaza və dükanların, iaşə obyektlərinin adlarının xarici dildə olması müvafiq qurumları düşündürürmü? 

“Əcnəbi dildəki mətn dövlət dilində olan mətindən sonra gəlməlidir” 

Qeyd edək ki, 2021-ci ildə millət vəkili, akademik, 30-u professor olmaqla 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Bakının əcnəbi dillərin “işğalından” azad edilməsi üçün müvafiq qurumlara müraciət ünvanlamışdı.

Müraciət edən ziyalılardan biri də “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin sədri Vasif Sadıqlı idi. Həmin müraciətin nəticəsi ilə bağlı Vaqif Sadıqlı “Cümhuriyət”-ə bildirib ki, “Dövlət Dili haqqında” Qanuna görə, küçələrdəki reklamlarda mütləq dövlət dilindən istifadə olunmalıdır:

 

“Zərurət olduqda əcnəbi dildən də istifadə edilə bilər. Ancaq əcnəbi dildə olan mətn dövlət dilində olan mətindən sonra gəlməlidir. Bundan sonra biz Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ən yaxşı reaksiya verən şəxs oldu. Pandemiyanın tüğyan etdiyi dövrdə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətində kollegiya iclası keçirdi. 

Qərar qəbul etdilər və biz də dəvət olunduq. Beləliklə, 6 nəfər biz tərəfdən, 6 nəfər müvafiq qurumdan oldu. Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Reklam Agentliyi, Bakı şəhər Reklam İdarəsinin nümayəndələrinin iştirakı ilə  məsələ müzakirə olundu. Bildirdilər ki, bu istiqamətdə tədbir görəcəklər. 

Onlar bildirdilər ki, hər hansı bir brend, əmtəə nişanı Əqli Mülkiyyət Agentliyində ingilis dilində tərtib olunubsa və onu açıq şəraitdə obyektin üzərinə qoyursa, ona etiraz edə bilmirlər. Yaxud ədəbi dilin normaları pozulubsa, Azərbaycan dilində qarışıq yazılıbsa,  ona nəzarət edilir. 

Eləcə də firma adları İqtisadiyyat Nazirliyində, məsələn, yarısı Azərbaycan, yarısı ingilis dilində qeydə alınıbsa, onu da dəyişə bilmirlər. Qərara alındı ki, növbəti görüşdə Əqli Mülkiyyət Agentliyi, İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə yenidən bu məsələ müzakirə olunsun. 

Amma həmin görüş təşkil olunmadı. Sonra biz M.Rəsulzadə küçəsində monitorinq keçirdik və şahidi olduq ki, 40-dan artıq obyektin yalnız ikisində Azərbaycan dilindən istifadə edilib. Bizə hər dəfə dedilər ki, ana dilinə bu həssaslığınıza görə sizə təşəkkür edirik. Biz Bakı Şəhər İcra Hakimiyyətindən başqa deputatlara, digər müvafiq qurumlara müraciət göndərmişik. Nəticələrə gəldikdə isə biganə yanaşılır”. 

“Ancaq nazir bu işə qarışdıqdan sonra…”

O bildirib ki, bir obyektin üzərindəki lövhəni sökdürmək üçün aylarla gözləməli olurlar:

“Məsələn, Azərbaycan Dəmir Yollarının obyektlərinin üzərində ədəbi dilin normalarının pozuntusu olan lövhələrin sökülməsi üçün bir il çalışdıq. Yalnız rəqəmsal inkişaf naziri bu işə qarışdıqdan sonra bu problem öz həllini tapdı. Biz gücümüz çatanı edirik. Bakı Şəhər Reklam İdarəsi məni bir dəfə görüşə dəvət etdi. 

Orada bir saata qədər söhbət etdik, bizə vədlər verdilər. Ancaq yenə də həmin mənzərədir. Necə olur ki, xarici dili kənara qoysaq belə, Azərbaycan dilində orta məktəb şagirdinin səhv tutacağı lövhələr vurulur? Məsələn, “ehtiyat” əvəzinə “ehtiyyat” yazılır. Bildirdilər ki, bizim xəbərimiz olmadan bu lövhələri vururlar”. Halbuki qanunvericiliyə əsasən, heç bir reklam lövhəsi Bakı şəhər Reklam İdarəsində təsdiq olunmadan vurula bilməz. Mövcud vəziyyət heç kimi narahat etmir”. 

“Bəzən ad o qədər mücərrəd olur ki, bizi çaşdırır”

Məsələ ilə bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və Linqvistik Təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva bildirib ki, ölkə başçısı və Azərbaycan Dövlət Dil Komissiyasının sədri İlham Əliyevin Fərmanı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Komissiyası yaradılıb:

 

“Monitorinq Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də reklam, iaşə obyektlərinin adlarında Azərbaycan dilinin saflığının qorunması məsələsi idi. Hətta 9 aprel 2013-cü il tarixli sərəncamla təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. 

Həmin o proqramın təsdiq edilmiş müddəalarından biri də 6.5.1, 6.5.2 və digər bəndlərdə küçə adları, reklam iaşə, müəssisə obyektlərinin adlarında, ümumiyyətlə, bütün sahələrdə Azərbaycan dilinin qorunmasının bir istiqaməti də təbii ki, reklamlarda dil məsələsidir. Burada iki məsələ var. Bunlar “Dövlət Dili haqqında” və “Reklam haqqında” qanunlarda Azərbaycan dilinin düzgün tətbiqi məsələsidir. Biz çox sevinirik ki, ziyalılarımız da bu məsələdə çox diqqətlidirlər.

Qələbəmizdən sonra ölkəmizdə gələn turistlər də hazırda aparılan quruculuq işlərini yaxından izləyirlər. Mən bir dilçi, Azərbaycan dilinin düzgün tətbiqini ürəkdən arzu edən bir insan olaraq deyə bilərəm ki, Qarabağda tikinti-quruculuq işlərindən sonra orada yeni açılacaq müəssisələrin adları digər dillərdə olmasın. 

“Dövlət dili haqqında”, “Reklam haqqında” qanunlarda da var ki, lövhələr Azərbaycan dili ilə yanaşı, başqa dillərdə də ola bilər. Ancaq əsas etibarilə, heç olmasa sərlövhə Azərbaycan dilində olsun. Brendlər tərcümə edilmir. 

Məsələn, “Adidas” kimi brend adları göstərmək olar. Ancaq orada sərlövhə mütləq Azərbaycan dilində olmalıdır. Alıcı mağazaya yaxınlaşanda bilməlidir ki, orada söhbət nədən gedir. Bəzən ad o qədər mücərrəd olur ki, bizi çaşdırır. Biz bilmirik ki, orada hansı məhsullar satılır”. 

“Sahibkar çalışır ki, öz obyektini bəzəkli təqdim etsin”

O bildirib ki, dilçilikdə interferensiya məsələsinə diqqətlə yanaşmaq lazımdır:

“Məsələn, “Sprite” içkisinin reklamı ilə bağlı belə bir məsələ vardı ki, “susuzluğuna güvən”. Bu, türk dilindən interferensiya hadisəsidir. İnsan susuzluğuna necə güvənə bilər? 

Ancaq türk dilində “susuzluğunun qarantisi” mənasındadır. Azərbaycan dilində isə bu tərcümələrdə mütləq nəzərə alınmalıdır ki, bu hərfi, yoxsa məzmun tərcüməsi olmalıdır. Reklam mütəxəssislərini də düşündürməlidir ki, bu reklama baxan və ondan istifadə edən şəxs azərbaycanlı və yaxud Azərbaycana gələn bir xarici vətəndaşdırsa, ilk növbədə bunu ana dilində təqdim etməliyik. Dilimizin düzgün tətbiqinə riayət etməliyik. Eləcə də tərcüməçilər diqqətli olmalıdırlar. Tərcümə edilən və olunan dilin xüsusiyyətlərinə bələd olmalıdır ki, tərcümədə səhvlərə yol verilməsin”.

Professorun sözlərinə görə, obyektlərin öz adlarını xarici dildə yazması yalnız Azərbaycanda deyil, bütün ölkələrdə var:

“Sahibkar çalışır ki, öz obyektinin reklam lövhəsinin adını bəzəkli təqdim etsin ki, kənardan gələnin diqqətini cəlb etsin. Ancaq biz arzu edirik ki, bizim sahibkarlarımız ilk növbədə dilimizin təəssübkeşləri olsunlar. Yəni vətəndaş mövqeyindən yanaşsınlar. Biz reklamların dili ilə bağlı çox yaxşı bir hesabat hazırladıq və onun təqdimatında əlaqədar qurumların rəsmiləri də var idi. 

Orada çox gözəl çıxışlar, təkliflər oldu. Ancaq qeyd edim ki, ingilis dili beynəlxalq dil olduğu üçün digər türkdilli ölkələrdə də obyekt adları ingilis, fransız və başqa dillərdə olur. Azərbaycanda əsasən ingilis dilində daha çox reklamlarımız var. 

Ancaq Azərbaycan dilində çox gözəl kafe, restoranlarla rastlaşırıq. Bununla yanaşı, xalqlar arasında mədəni əməkdaşlıq var. Dil canlı orqanizmdir, inkişaf edir, müəyyən qədər tədqiqini də arzu edən bir sahədir. Ancaq biz ziyalıların, mütəxəssislərin fikirlərini alqışlayırıq, dəstəkləyirik. Bu, ümumi işimizin də xeyrinə olmalıdır”. 

Nigar Abdullayeva 

Loading

Visited 20 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Oktyabr 1993: Heydər Əliyevin hakimiyyətə qayıdışı və Azərbaycan dövlətçiliyinin yeni mərhələsi
Next: Səbinə Salmanova: “Omanda Azərbaycan səfirliyinin açılması tarixi hadisədir” – MÜSAHİBƏ

OXŞAR MÖVZULAR

6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

admin 23 Aprel 2026
PREcRIOBL9DeTo6Q1wyv58sTF14crouVLuJVqfFf_1200 (2)

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir – PROQNOZ

admin 23 Aprel 2026
17045b47-6174-3cb7-b9d5-2beef65c2369_1200

Hakim: Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.