Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 2
  • “Ermənistanın Konstitusiya oyunu: Paşinyan ‘ərazi iddiası yoxdur’ deyir, amma qanun başqa danışır”

“Ermənistanın Konstitusiya oyunu: Paşinyan ‘ərazi iddiası yoxdur’ deyir, amma qanun başqa danışır”

admin 02 Noyabr 2025 6 minutes read
17616369819958506566900727570548
PAYLAŞIN:

“Azərbaycanın Ermənistan Konstitusiyasını dəyişmək mövzusunu qaldırmasına baxmayaraq, vəziyyət belədir: 2024-cü ildə Ermənistan Konstitusiya Məhkəməsi qərar qəbul edib və bu, ən yüksək səviyyəli hüquqi qərardır. Ermənistan Konstitusiyası heç bir qonşu ölkəyə qarşı ərazi iddiaları irəli sürmür”.

Ermənistan Baş naziri Nikol Paşinyan belə deyib.

“Ən önəmlisi, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətnində bir çox maddələr var ki, tərəflərin bir-birinə qarşı ərazi iddialarının olmadığı və gələcəkdə belə iddialar irəli sürməyəcəklərini təsbit edir. 

Mən onu nəzərdə tuturam ki, sülh müqaviləsi artıq bütün mümkün və açıq mövzuları əhatə edir, yəni bizim vəziyyətimizdə sizin qeyd etdiyiniz kimi bir problem yoxdur. Sülh müqaviləsi bütün məsələləri həll edir.

Əslində, bütün bu məsələləri bağlamaq və həll etmək üçün sadəcə sülh müqaviləsini imzalamaq və təsdiqləmək kifayətdir. Bundan sonra müqavilə ən yüksək hüquqi qüvvəyə malik olacaq və başqa şərh imkanları olmayacaq”, – deyə o bildirib.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Rəsmi Bakı sülh sazişinin imzalanması üçün müvafiq yanlışın aradan qaldırılmasını tələb edib.

Ermənistanda konstitusiya dəyişikliyinə dair referendum gələn il keçiriləcək. Hazırda Ermənistan Konstitusiya İslahatları Şurası yeni konstitusiyanın mətnini hazırlayır. Ölkənin ədliyyə naziri SrbuhiQalyan müvafiq istinadın çıxarılacağını istisna etməyib.

Qeyd edək ki, Nikol Paşinyan Ermənistan Konstitusiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 1749 saylı qərarına istinad edib. Həmin sənəd “Ermənistan və Azərbaycan arasında Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının və Azərbaycan və Ermənistan arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında” əsasnamədə təsbit edilmiş öhdəliklərin Ermənistan Konstitusiyasına uyğunluğu barədədir.

Qərarda Azərbaycan və Ermənistan arasında 2022-ci il oktyabrın 6-da ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınmasına dair imzalanmış Praqa Bəyannaməsinə istinad edilir. Konstitusiya Məhkəməsi həm də tərəflərin BMT Nizamnaməsinə, 1991-ci il Almatı Bəyannaməsinə sadiq qalacaqlarını, həmçinin sərhədlərin demarkasiyasında həmin razılaşmanı bazis kimi götürəcəklərini bildirir.

Nikol Paşinyanın Ermənistanın ərazi iddiasının olmamasınınsəbəblərindən biri kimi məhz bu bəndi nəzərdə tutur. Lakin Ermənistan Ali Soveti 1989-cu il dekabrın 1-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair qanunsuz qərar qəbul etməklə Azərbaycanla inzibati sərhədləri tanımaqdan imtina edib.

Bununla da Ermənistan Almatı Bəyannaməsinin 3-cü bəndində qeyd edilmiş “respublikaların suverenliyinə hörmət və sərhədlərin toxunulmazlığı” prinsipini pozub. Ermənistan Konstitusiyasının preambula hissəsində  Müstəqillik Bəyannaməsinə istinad hissəsi Azərbaycana qarşı hüquqi işğal sayılır. Ona görə də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmaması ilə bağlı Nikol Paşinyanın dedikləri sadəcə iddiadır.

Bundan başqa, qərarda qeyd edilir ki, Ermənistanın  Müstəqillik  Bəyannaməsində bəzi müddəalar geniş kontekstdə məqsəd məzmunlu müddəalar kimi qiymətləndirilsə də, konstitusiyada təsbit olunmayıb.  Bu müddəalar sırasında ilkin olaraq 1989-cu il dekabrın 1-də qəbul edilmiş Ermənistan SSR və Dağlıq Qarabağ Muxtar Vilayəti Şurasının birgə qərarına istinad yer alır.

Yəni sözügedən qərarın Paşinyan tərəfindən verilən təfsirinə görə, preambulanın məzmunu konstitusiyanın mətnində ayrıca maddə kimi təsbit olunmadığı üçün bu, Azərbaycana qarşı ərazi iddiası hesab edilə bilməz.

Halbuki, “Hüquqi-normativ aktlar haqqında” Ermənistan Respublikasının Qanununun 13-cü maddəsində preambula anlayışının təfsiri verilir. Həmin maddə ilə preambula hüquqi-normativ aktın strukturuna daxildir.  Yəni preambula konstitusiyanın tərkib hissəsidir  və qanunvericilikdən də üstün normativ-hüquqi qüvvəyə malikdir. 13.1-ci maddədə qeyd edilir ki, hüquqi-normativ aktda hüquqi aktın məqsəd və səbəblərini müəyyən edən preambula ola bilər. Preambula maddələrə və bəndlərə bölünmür, nömrələnmir və digər müddəaları müəyyən etmir.

Bu, bütün dünyada tətbiq edilən hüquqi təcrübədir. Ona görə də preambulanın məzmununun ayrıca maddə kimi konstitusiyaya daxil edilməməsini Azərbaycana qarşı ərazi iddiasının olmaması kimi yozmaq hüquqi nihilizmdir.   Konstitusiya Məhkəməsinin qərarının 2-ci maddəsində göstərilir ki, DQMV-nin Ermənistana birləşdirilməsi məsələsinin Almatı Bəyannaməsi ilə nə qədər üst-üstə düşdüyü müəyyən edilsin. 3.7-ci maddədə isə məhkəmə konstitusiyanın preambula hissəsində təsbit olunmuş, Ermənistan SSR və DQMV-nin birləşməsi haqqında qərarın araşdırılmasına ehtiyacın aradan qalxdığı qənaətinə gəlir.

Halbuki, həm Ermənistan Konstitusiyası, həm də “Referendum haqqında” Qanuna görə, bu dəyişiklik yalnız ümumxalq səsverməsi yolu ilə həyata keçirilə bilər. Yəni Konstitusiya Məhkəməsinin ali qanuna dəyişiklik etmək səlahiyyəti yoxdur. Konstitusiya Məhkəməsi preambulanın ali qanuna uyğun gəlmədiyi haqqında rəy verməklə preambulanı saxlamağa çalışıb. Lakin  bu qərar konstitusiyanın və qanunvericiliyin digər hüquqi normaları ilə ziddiyyət təşkil edib.

 

Müşfiq Abdulla

Paraqraf.com

Loading

Visited 16 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Siqaret çəkənlərin NƏZƏRİNƏ: Vətəndaşlar hansı halda və neçə manat cərimələnə bilərlər?
Next: Dünyanın sonu yaxınlaşır? Nostradamusdan 2025-ci ilin sonu üçün dəhşətli PROQNOZ

OXŞAR MÖVZULAR

qasim-mohiuddin-azerbaycan-ve-pakistan-arasindaki-ticaret-seviyyesi-potensialdan-ashagidir

Pakistan vətəndaşlarının İrandan təxliyəsindəki köməyə görə Azərbaycana təşəkkür edib

admin 06 Mart 2026
FC0BNkzpA8ux63aVJcTraWqGN3miXtJLwqKwaY0B_1200 (1)

İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub

admin 06 Mart 2026
DsbRJyNSmgo5x4O3LkJfK3B68wLR2MlUHRPiQdnn_1200

ABŞ İranın Naxçıvana endirdiyi zərbələrdən sonra Azərbaycanla həmrəyliyini bəyan edib

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Qazaxıstan XİN ölkə vətəndaşlarını 14 ölkəyə səfərlərdən müvəqqəti çəkinməyə çağırıb w36KBu6aCslsTr3TNb21QiaNiABuLnEdqYX0X6od_1200

Qazaxıstan XİN ölkə vətəndaşlarını 14 ölkəyə səfərlərdən müvəqqəti çəkinməyə çağırıb

06 Mart 2026
Fridrix Merts: Almaniya İranda Suriya ssenarisinin təkrarlanmasını istəmir bAAlXaaOtOrUGpIblzOJoeoZTvy5vm1JSrUuKm1k_1200 (1)

Fridrix Merts: Almaniya İranda Suriya ssenarisinin təkrarlanmasını istəmir

06 Mart 2026
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tur başa çatıb 0eddcb6a-00ec-372d-b257-ac56d00a619e_1200

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tur başa çatıb

06 Mart 2026
Pakistan vətəndaşlarının İrandan təxliyəsindəki köməyə görə Azərbaycana təşəkkür edib qasim-mohiuddin-azerbaycan-ve-pakistan-arasindaki-ticaret-seviyyesi-potensialdan-ashagidir

Pakistan vətəndaşlarının İrandan təxliyəsindəki köməyə görə Azərbaycana təşəkkür edib

06 Mart 2026
İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub FC0BNkzpA8ux63aVJcTraWqGN3miXtJLwqKwaY0B_1200 (1)

İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub

06 Mart 2026
Tramp Kubanın tezliklə çökəcəyini bəyan edib 7XG5IZLS556XghjZMgenKo6m2xqrEDvZ3WJ5IYpv_1200

Tramp Kubanın tezliklə çökəcəyini bəyan edib

06 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.