Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Maduro ABŞ-a qarşı üç ölkədən hərbi dəstək istədi
DÜNYASİYASƏT

Maduro ABŞ-a qarşı üç ölkədən hərbi dəstək istədi

01 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Venesuela hakimiyyəti hərbi radar təchizatı və qırıcı təyyarələrin təmiri üçün Çin, Rusiya və İrana müraciət edib.

Paraqraf.com xəbər verir ki, “The Washington Post” qəzeti ABŞ hökumətinin sənədlərinə istinadən belə məlumat yayıb.

Qeyd edilir ki, Karakas həmçinin, Rusiyadan raketlər istəyə bilər.

ABŞ kəşfiyyatının məlumatına görə, Venesuelanın nəqliyyat naziri Ramon Çelestino Velaskes oktyabrın ortalarında Moskvaya səfər edib.

O, Prezident Nikolas Maduronun məktubunu Prezident Vladimir Putinə çatdırmalı idi.

Putindən hava hücumundan müdafiənin gücləndirilməsində kömək istənildiyi bildirilir. O cümlədən, Rusiyadan alınacaq qırıcı təyyarələrin bərpası istənilir.

“Washington Post” bildirir ki, söhbət “Su-20” təyyarələrindən gedir. Lakin bu qırıcı-bombardmançılar heç vaxt Venesuelaya verilməyib.
Onlar çox güman ki, daha müasir “Su-30” qırıcılarıdır. Maduronun məktubunda qeyd edilir ki, Rusiya təyyarələri Venesuela ordusu üçün mövcud olan ən vacib vasitədir.

Məlumata görə, Maduro Çin lideri Si Cinpindən radarların çatdırılmasını sürətləndirməyi istəyib. İrandan passiv kəşfiyyat avadanlığı, “GPS2 siqnallarını pozan cihazlar və dronlar istənilə bilər.

Moskva, Pekin və Tehranın Maduroya hansı cavabı verdiyi bəlli deyil. Təchizat tələbi ABŞ-ın Venesuela hökumətinə təzyiqi fonunda irəli sürülüb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Maykl Ceksonun fondu 2,5 milyonluq təzminat ödədi

Next

Ermənistandan Azərbaycanla bağlı sensasion qərar: Siyahı açıqlandı

Copyright 2026— Praqraf.com. All rights reserved