Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 1
  • Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

admin 01 Noyabr 2025 5 minutes read
1762002857199860262690607a93252a
PAYLAŞIN:

Turizm son illər bir sıra dünya ölkələrinin iqtisadiyyatında gəlir gətirən əsas sahələrdən birinə çevrilib.

Təsadüfi deyil ki, hazırda bəzi ölkələr turizm ölkəsi kimi tanınır. Həmin ölkələrdə davamlı olaraq yaradılan yeni hotellər, əyləncə mərkəzləri, səhiyyə sistemi, idman sahələri kimi amillər məhz turist cəlbinə yönəlib. Nəticədə isə həm ölkə təbliğ olunur, həm də gəlir əldə edir.

Son illər Türkiyə turizm baxımından ən cəlbedici ölkələr siyahısına salınıb. Bugünlərdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2025-ci ilin ilk doqquz ayı üçün ziyarətçi məlumatlarını açıqlayıb.

Məlumata görə, 2025-ci ilin ilk doqquz ayında Türkiyəyə gələn ziyarətçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,65 faiz artaraq 49.992.000 nəfərə çatıb. Bu dövrdə Türkiyəyə gələnlərin 41.568.000-i xarici, 8.423.000-i isə xaricdə yaşayan vətəndaşlar olub.

Xarici ziyarətçilərin sayı 6,75 faiz, xaricdə yaşayan vətəndaşların sayı isə 15,03 faiz artıb. Yalnız sentyabr ayında Türkiyəyə gələn ziyarətçilərin ümumi sayı 2,62 faiz artaraq 7.050.000 nəfərə çatıb. Sentyabr ayında Türkiyəyə ən çox turist göndərən ölkələrin siyahısında Rusiya Federasiyası 971.000 nəfərlə birinci olub ki, onu 817.000 nəfərlə Almaniya, 539.000 nəfərlə Böyük Britaniya, 339.000 nəfərlə İran və 298.000 nəfərlə Polşa izləyib.

Ümumilikdə bu ilin ilk doqquz ayında Türkiyəyə ən çox turist göndərən ölkələrin siyahısında Rusiya 5.525.000 nəfərləilk sırada yer alıb ki, onu 5.217.000 nəfərlə Almaniya, 3.524.000 nəfərlə Böyük Britaniya,  2.284.000 nəfərlə İran və 2.038.000 nəfərlə Bolqarıstan izləyib. Türkiyə Statistika Komitəsinin açıqladığı məlumatlara görə, iyul, avqust və sentyabr aylarını əhatə edən üçüncü rübdə turizm gəlirləri əvvəlki ilin eyni rübü ilə müqayisədə 3,9 faiz artaraq 24,257,815,000 dollara çatıb.

Ziyarətçilər əsasən 73,8 faizlə “səyahət, əyləncə, idman və mədəni fəaliyyətlər” üçün gəliblər. “Qohumları və dostları ziyarət etmək” üçün gələnlər 17,3 faizlə ikinci, “alış-veriş”lə bağlı gələnlər 3,7 faizlə üçüncü yerdədir. Azərbaycanda da turizm illər öncə prioritet elan olunsa da, bu gün həmin ümidlər özünü doğrultmayıb. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 1,948 milyon xarici turist səfər edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 % azalma deməkdir.

Bəzi ekspertlər 2025-ci ildə turistlərin ümumi sayının 3 milyona çatacağını proqnozlaşdırsalar cari ilin başa çatmasına cəmi iki ay qalıb. Turistlərin sayının azalma səbəbləri: kimi yay mövsümündə regionda baş verən gərginliklər, İran-İsrail və Pakistan-Hindistan müharibələri, eləcə də hava məkanının qapalı olması göstərilir. Ölkəmizə ən çox turist gələn Körfəz ölkələrindən (yanvar-aprel) – 117 min (3,4% azalma) azalma müşahidə edilir. Qoruq və müəssisələri cari ilin 9 ayı ərzində ziyarət edənlərin sayı da açıqlanıb.

Məlumata görə, DTA tabeliyində olan qoruqları və muzeyləri 2025-ci ilin 9 ayı üzrə ziyarət edənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 25,71 faiz artım olub. 2025-ci ilin üç rübü ərzində Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini 159 171 nəfəri yerli, 547 323 nəfəri əcnəbi turist olmaqla 706 494 nəfər ziyarət edib.

Göstərilən müddət çərçivəsində qoruqları və mədəniyyət müəssisələrini ziyarət edənlərin 77,47 faizini xarici vətəndaşlar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faizdən çoxdur. Ümumilikdə 2025-ci ilin 9 ayı üzrə bilet satışından 4 821 346 manat gəlir əldə edilib.

Beləliklə ki, yanvar-sentyabr ayları ərzində Azərbaycana 1,948 milyon xarici turist səfər etdiyini, bunun da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 % azalma olduğunu nəzərə alsaq bu o deməkdir bizin turizm inkişaf etməkdənsə geri gedir. Buna səbəb kimi bəzi müharibələr göstərilirsə, məsələn, Türkiyəyə gələn turistlərin sırasında ruslar, ukraynalılar ilk sırada yer alır. Bizdə isə əksinə, ölkəmizə ən çox Körfəz ölkələrindən gələn turistləri isə məhz azərbaycanlıların “alver bazarı” qaçaq salıb.

Ölkə daxilində konfranslar keçirməklə, bu sahədə heç bir yeniliyə nail olmadıqca bu sektorda heç bir nailiyyət əldə olunmayacaq. Turizm “Qız qalası”, Şahdağ və “kabab” demək deyil. Bunun üçün ən azından turizm ölkələrinin bu sektorda mövcud proqramı ilə tanış olmaq lazımdır. Əks təqdirdə yalnız ümidlərlə zaman itiririk.

 

Nigar Abdullayeva

Loading

Visited 11 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Beyin sağlamlığına zərərli olan qidalar – ARAŞDIRMA
Next: “O özbaşınalıq edərək sakinlərdən vəsait toplayır”: “Azure Residence”dən açıqlama

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.