Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 1
  • AMEA-da görkəmli dilçi alim Mahirə Hüseynovanın 65 illik yubileyi qeyd olunub

AMEA-da görkəmli dilçi alim Mahirə Hüseynovanın 65 illik yubileyi qeyd olunub

admin 01 Noyabr 2025 9 minutes read
573064804_1961587828015364_5831405899833663762_n
PAYLAŞIN:
Oktyabrın 31-də AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Prezident təqaüdçüsü, Əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşkənd rayon İcmasının sədri, tanınmış şairə, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları professor Mahirə Hüseynovanın həyat və yaradıcılığını əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.
Mərasimi giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq professor Mahirə Hüseynovanın çoxcəhətli yaradıcılığından, elmi və ictimai fəaliyyətindən bəhs edib. O, professor Mahirə Hüseynovanın mənsub olduğu nəslin ölkəmizdə azərbaycançılıq ideyalarının formalaşması və təbliği sahəsində böyük xidmətlər göstərmiş, məsuliyyətli və vətənpərvər bir nəsil olduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, hələ Sovet İttifaqının ən çətin dövrlərində Mahirə Hüseynovanın babası – el ağsaqqalı İbrahim Mirzəli oğlu xalq arasında böyük nüfuz qazanmış, ölkənin birliyinə və tərəqqisinə xidmət etmiş fədakar ziyalılardan biri olub. Onun “el gücünü sel gücünə çevirmək” istiqamətində gördüyü işlər, xalqın rifahı naminə həyata keçirdiyi təşəbbüslər və xeyriyyə fəaliyyəti el arasında dərin hörmətlə xatırlanır. Erməni rəsmi dairələrinin İbrahim Mirzəli oğlunun nüfuzunu zəiflətmək üçün göstərdiyi cəhdlər də uğursuzluqla nəticələnib.
AMEA rəhbəri vurğulayıb ki, bu gün yubileyini qeyd etdiyimiz professor Mahirə Hüseynova hər zaman milli köklərinə sadiq qalaraq həm Azərbaycan elmini, həm də fəaliyyət göstərdiyi qurumları ləyaqətlə təmsil etməkdədir.
O, professor Mahirə Hüseynovanın elmi fəaliyyətinin dilçiliyin müxtəlif istiqamətlərini – dialektologiya, müasir Azərbaycan dili, terminologiya, dövlət dili siyasəti və türkologiya məsələlərini əhatə etdiyini söyləyib. Bildirib ki, alimin elmi irsi ziyalılıq, vətəndaşlıq mövqeyi və dərin nəzəri biliklərin sintezindən yaranan dəyərli əsərlər toplusudur. Bu əsərlər həm dilçilər, həm də geniş ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyır.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, dövlət başçısı cənab İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” fikri türkologiya elminin yeni mərhələdə inkişafını zəruri edir: “Ölkə Prezidentinin imzaladığı “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam da bu istiqamətdə mühüm addımdır. AMEA bu məqsədlə türkologiya elmini sovet modeli çərçivəsindən çıxararaq onu müasir dövrün reallıqlarına uyğun inkişaf etdirməyi qarşısına məqsəd qoyub”.
Akademik İsa Həbibbəyli professor Mahirə Hüseynovanın bu sahədəki elmi axtarışları və əsərlərinin müasir türkologiyanın konseptual istiqamətləri ilə tam səsləşdiyini və elmin inkişafına dəyərli töhfələr verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, dilçi alimin bədii yaradıcılığı ana laylasından gələn milli duyğuların bayatı dilində ifadəsi ilə seçilir. Onun əsərləri bayatı poetikasının obrazlılığı ilə zəngindir və müstəqillik dövrü Azərbaycan ədəbiyyatını mövzu, ideya, janr və üslub baxımından daha da rəngarəng etmişdir.
Professor Mahirə Hüseynovanın ictimai fəaliyyət sahəsində də fəallığı ilə seçildiyini deyən AMEA rəhbəri alimin Qərbi Azərbaycan İcmasındakı fəaliyyəti, vətəndaş mövqeyi və tükənməz enerjisinin onun milli dəyərlərə sədaqətinin bariz nümunəsi olduğunu vurğulayıb.
Akademik İsa Həbibbəyli elmi və ictimai xadim kimi yeni nəsillərə örnək bir şəxsiyyət olan Mahirə Hüseynovanı yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və elmi fəaliyyətində daha böyük nailiyyətlər arzulayıb.
O, professor Mahirə Hüseynovanın 65 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanı ilə təltif edildiyini söyləyib, AMEA-nın Fəxri fərmanını alimə təqdim edib.
AMEA rəhbəri, həmçinin Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə Mahirə Hüseynovanın həmin müəssisənin Fəxri professoru adına layiq görüldüyünü bildirib, “Dilçilik İnstitutunun Fəxri professoru” diplomunu yubilyara təqdim edib.
Sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış edərək görkəmli alim Mahirə Hüseynovanın zəngin elmi irsindən, səmərəli elmi-pedaqoji fəaliyyətindən, ziyalı mövqeyindən, yüksək insani keyfiyyətlərindən danışıb. Bildirib ki, Mahirə Hüseynova öz ləyaqəti, təvazökarlığı, nəcibliyi, səmimiyyəti, haqsızlığa və ədalətsizliyə qarşı mübarizəsi və mərhəməti ilə seçilib. O, bədii sözün yükünü çiyinlərində şərəflə daşıyıb.
Professor Nadir Məmmədli qeyd edib ki, nitq mədəniyyəti, onomastika, üslubiyyat, dialektologiya, dil nəzəriyyəsi sahələrində tədqiqatlar aparan alim bütövlükdə dil haqqında peyzaj yaradıb. Mahirə Hüseynova tədqiqatların elmi şərhini verib, müqayisəli və metodoloji cəhətdən sistemli şəkildə metodoloji təhlilini aparıb.
“Professor Mahirə Hüseynova dilçiliklə ədəbiyyatın qovşağındadır”, – deyən institut direktoru dilçi alimin “Dilin elmi və estetik problemləri”, “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası”, “Azərbaycan dilçiliyində türk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri” və “Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti” kitablarını türkoloji dilçiliyə dəyərli töhfə kimi dəyərləndirib. Vurğulayıb ki, bu nəşrlər sözügedən sahədə tədqiqat aparanlar üçün zəngin elmi qaynaq, qiymətli mənbədir.
Mahirə Hüseynovanın “Müsir Azərbaycan dilində punktuasiya məsələləri” kitabının məziyyətlərindən bəhs edən professor Nadir Məmmədli qeyd edib ki, nəşrdə durğu işarələri sisteminin tədris prosesi ilə bağlı məsələləri müasir dilçiliyin nailiyyətləri baxımından şərh edilir, bu sistemin həm nəzəri, həm də praktik aspektləri zəngin dil materialı əsasında təhlil süzgəcindən keçirilir.
Professor Nadir Məmmədli Mahirə Hüseynovanın incə ürəkli şair, tədqiqatçı alim olmaqla yanaşı, həm də publisistik fəaliyyətinə diqqət çəkib. Qeyd edib ki, Mahirə xanım, sözün əsl mənasında, Azərbaycan aliminin bütün mənəviyyatını, düşüncəsini, ucalığını özündə əks etdirib. O, istənilən misrası ilə sözlə rəngarəng tablo yaradıb. Şeirlərində Tanrını axtaran Mahirə Hüseynova sevdiklərini və dostlarını görüb, onlara üz tutub.
Professor Nadir Məmmədli, həmçinin aşıq yaradıcılığının, el şairlərinin adı çəkiləndə Mahirə Hüseynovanın irsinə müraciət olunduğunu diqqətə çatdırıb. O, yubilyarı təbrik edib, alimə çoxcəhətli və məhsuldar elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev və digərləri çıxış edərək fədakar elm xadimi Mahirə Hüseynovanın dilçilik elminə gətirdiyi yeniliklərdən bəhs edib, onun Azərbaycan filologiyasında ədəbiyyatşünaslıq məsələlərinin araşdırılmasında özünəməxsus xidmətləri olduğunu qeyd ediblər.
Tədbirdə professor Sayalı Sadıqovanın “Azərbaycan filologiyasında Mahirə Hüseynovanın yaradıcılığı”, professor Məsud Mahmudovun “Azərbaycan bədii-elmi düşüncəsinin fenomeni”, filologiya elmləri doktoru Gülbəniz Babayevanın “Mahirə Nağıqızının poetik dünyası” və filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyevanın “Mahirə Hüseynovanın yaradıcılığında dialektoloji istiqamət” adlı məruzələri dinlənilib.
Sonda professor Mahirə Hüseynova elmi, pedaqoji və bədii yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ermənistanın üç məktəbində Azərbaycan dili tədris olunacaq
Next: İki ölkədə bir mərkəzdən idarə olunan “5-ci kolon: “Bazarlıq” cəhdi iflas edir

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-05 at 23.25.50

Müəllimlik bitərsə, kainat bir heç olar.

admin 06 Mart 2026
IMG-20260305-WA0021

“İdeal münasibət” illüziyası: Sosial şəbəkələr ailələri doğrudanmı dağıdır? – Psixoloqdan açıqlama

admin 05 Mart 2026
KoatlgIQPOUwnsSbjHkzTAVYS639K8cRHitirXIS_1200

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

admin 05 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.