Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Müəllimlər iş saatına görə maaş alacaqlar – Təhsil üçün hansı dəyişiklikləri gətirəcək?
CƏMİYYƏTMANŞETÖZƏL

Müəllimlər iş saatına görə maaş alacaqlar – Təhsil üçün hansı dəyişiklikləri gətirəcək?

31 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Müəllimlərin əməkhaqlarının artırılması üçün yeni təkliflər təqdim ediləcək”.

Bunu Milli Məclisin son iclasında “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, bəzi təhsil müəssisələrində müəllimlik ixtisası üzrə qəbul planları kəskin azalıb və ali təhsil müəssisələri keyfiyyətli təhsili təmin etməyə fokuslanmalıdır.

İdris İsayevin sözlərinə görə, bundan sonra müəllimlərin əməkhaqqı yalnız dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcək.

Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov “Paraqraf.com”a açıqlamasında bildirib ki, bu yanaşma həm müəllimlərin sosial vəziyyətinin, həm də tədrisin keyfiyyətinin yüksəlməsinə xidmət edə bilər:

“Bu yanaşma doğrudur. Çünki bu, müəllimlərin vəzifə funksionallığını artıracaq. Əməkhaqqının iş saatına əsasən müəyyənləşdirilməsi onların sosial rifahının yaxşılaşmasına da müsbət təsir göstərəcək”.

Ekspert əlavə edib ki, müəllimlərin real iş yükü dərs saatından daha çoxdur:

“Müəllim yalnız dərsdə keçirdiyi vaxta görə deyil, məktəbdə üzərinə düşən digər vəzifələri qiymətləndirmə, dərs hazırlığı, valideynlərlə iş və s kimi funksiyaları da yerinə yetirir. İş saatına əsaslanan maaş sistemi bu əməyin obyektiv qiymətləndirilməsinə imkan verəcək”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Qardaşım doğum günündə dəfn edilir…”

Next

“ABŞ vuracağı hədəfləri seçib”

Copyright 2026— Praqraf.com. All rights reserved