Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Kəşfiyyatçı-Snayper Feyruzlu Əlibəy Samir oğlunun Əziz Xatirəsinə Həsr Olunmuş Anım Günü
ÖZƏLCƏMİYYƏT

Kəşfiyyatçı-Snayper Feyruzlu Əlibəy Samir oğlunun Əziz Xatirəsinə Həsr Olunmuş Anım Günü

30 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

2025-ci il oktyabrın 20-də Sumqayıt şəhərində qəhrəman kəşfiyyatçı və snayper Feyruzlu Əlibəy Samir oğlunun əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Bu mənalı tədbir şəhidimizin adını daşıyan uşaq bağçasında təşkil olunub. Bağçanın müdiri Məmmədova Əfruzə Məmməd qızı öz şəxsi vəsaiti hesabına şəhidin xatirəsinə hörmət əlaməti olaraq “Mirvari” mərasim evində şəhid və qazi ailələri üçün ehsan süfrəsi açdırıb.

Tədbirin təşkilində və keçirilməsində I Qarabağ müharibəsi iştirakçısı, Respublika Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin Abşeron rayon sədri Simarə İbrahim qızı Süleymanova da fəal iştirak edib. Onun təşkilatçılığı ilə keçirilən mərasimdə şəhid ailələri, qazilər, müəllimlər, ictimai fəallar və yerli sakinlər iştirak ediblər.

Feyruzlu Əlibəy Samir oğlu — Vətənə sədaqətin, igidliyin və mərdliyin rəmzidir. Onun döyüşlərdə göstərdiyi şücaət, vətən uğrunda canından keçməsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə onun adını daşıyan bağçanın qarşısında mərmərdən hazırlanmış barelyef ucaldılıb. Barelyef Respublika Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin Abşeron rayon sədri Simarə Süleymanova tərəfindən qoyulub.

Barelyefin açılış mərasimi 2025-ci il oktyabrın 22-də baş tutub. Tədbirdə Respublika Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin Abşeron şöbəsinin üzvləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edərək şəhidin əziz xatirəsini dərin hörmətlə yad ediblər. Mərasim iştirakçıları barelyefin önünə əklil (gül çələngi) qoyaraq Feyruzlu Əlibəy Samir oğlunun ruhuna dualar oxuyublar. 🌹

Bu tədbir bir daha göstərdi ki, şəhidlər unudulmur — onların əziz xatirəsi xalqımızın yaddaşında və qəlbində daim yaşayır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qəhrəmanlarımızın ruhu qarşısında baş əyirik!

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Kiçik addımlar böyük dəyişikliklər yaradır”

Next

“ABŞ başlasa, Rusiya da eyni addımı atacaq”

Copyright 2026— Praqraf.com. All rights reserved