Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Həkimlərin maaşları artırıla bilər
CƏMİYYƏT

Həkimlərin maaşları artırıla bilər

30 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Abşeron Mərkəzi Xəstəxanası rayon üzrə əhaliyə xidmət göstərən yeganə tibb müəssisəsidir. Son illərdə xəstəxananın fəaliyyət istiqamətləri genişləndirilib, göstərilən tibbi xidmətlərin çeşidi artırılıb. Əvvəllər burada ağır əməliyyatlar həyata keçirilmədiyi halda, hazırda xəstəxana bütün növ tibbi xidmətləri özündə cəmləşdirir”.

“Paraqraf.com” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.

O qeyd edib ki, bu dəyişikliklərin nəticəsində gün ərzində 3 mindən çox şəxs xəstəxanaya müraciət edir:

“Ümumiyyətlə, TƏBİB tabeli tibb müəssisələrinə artan müraciət sayına baxmayaraq, növbələrin minimuma endirilməsi istiqamətində tədbirlər görür. İlk növbədə Vətən müharibəsi qaziləri, şəhid ailələri və əlillər üçün növbəsiz keçid imkanı yaradılıb. Bununla yanaşı, qeydiyyatçıların sayı da artırılıb. Həmçinin Bakıda və regionlarda fəaliyyət göstərən bir sıra tibb müəssisələrində monitorların quraşdırılması təmin edilib. Müəssisələrin qəbul həcminə uyğun olaraq, monitorların sayı 1-dən 10-a qədər dəyişir. Hazırda monitor çatışmazlığı ilə bağlı heç bir tibb müəssisəsində problem müşahidə edilmir”.

Vüqar Qurbanovun sözlərinə görə, yaxın gələcəkdə həkimlərin və orta tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı layihələr hazırlanır və bu layihələrin təqdimatı planlaşdırılır.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Məşhur hakim haqqındakı mərc oyunları ittihamına cavab verdi – Video

Next

Pakistan Əfqanıstanla danışıqları bərpa etdi

Copyright 2026— Praqraf.com. All rights reserved