Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 30
  • Gənclərin xaricdə təhsil almaq istəməsinin səbəbləri nələrdir? – ekspert AÇIQLAYIR

Gənclərin xaricdə təhsil almaq istəməsinin səbəbləri nələrdir? – ekspert AÇIQLAYIR

admin 30 Oktyabr 2025 6 minutes read
IMG-20251030-WA0016
PAYLAŞIN:

Günümüzdə gənclərin əksəriyyəti xaricdə təhsil almaq arzusu ilə yaşayır. Onlar düşünürlər ki, bakalavr təhsilini başa vurduqdan sonra magistr, doktrontra və.s təhsillərini xaricdə davam etdirsinlər. Bunun üçün onlar müvafiq proqram üzrə hazırlaşmağa başlayırlar. Tələbələr xarici universitetləri daha müasir, praktik yönümlü hesab edirlər. Həmçinin düşünürlər ki, gələcəkdə daha yaxşı iş imkanları qazanarlar. Eyni zamanda, dünyagörüşlərində də fərqlilik yaşanır, başqa mədəniyyətlə tanış olurlar. Bu isə onları hər baxımdan daha da inkişaf etdirmiş olur.

Təhsil eksperti Kamran Əsədov “Paraqraf.com”a bildirib ki, gənclərin xaricdə təhsil almaq meyli son illərdə Azərbaycan təhsil sisteminin inkişaf dinamikasında mühüm sosial və iqtisadi göstəriciyə çevrilib:

“Bu meyil həm qloballaşma proseslərinin, həm də ölkədə təhsil və əmək bazarının transformasiyasının bir nəticəsidir. 2024-cü ilin məlumatlarına əsasən, azərbaycanlı gənclərin 16 mindən çoxu 45-dən artıq ölkədə müxtəlif pillələr üzrə təhsil alır. Bu göstərici 2015-ci illə müqayisədə təxminən 3,2 dəfə artıb. Belə bir artımın arxasında yalnız xaricdə təhsilin prestiji deyil, həm də orada formalaşan kompetensiyaların, akademik çevikliyin və beynəlxalq əmək bazarına çıxış imkanlarının real dəyəri dayanır”.

Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində qeyd olunur ki, dövlət təhsil sisteminin beynəlmiləlləşdirilməsini, xarici ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsini və tətbiqini dəstəkləyir:

“Bu istiqamətdə Elm və Təhsil Nazirliyi son illərdə bir sıra uğurlu təşəbbüslər həyata keçirib. “2007–2022-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hazırda tətbiq olunan “2022–2026-cı illərdə xaricdə təhsil və beynəlxalq akademik əməkdaşlıq proqramı” gənclərin beynəlxalq ali təhsil mühitinə inteqrasiyasını sistemli şəkildə dəstəkləyir. Bu, dövlətin açıq və strateji baxışını nümayiş etdirən müsbət və uzaqgörən addımdır.

Lakin təhlil göstərir ki, tələbələrin xaricdə təhsil alma meyli yalnız akademik keyfiyyətlə bağlı deyil. Bəzi hallarda bu, daxili təhsil sisteminə olan etimadın zəifləməsi ilə əlaqələndirilir. Məsələn, “QS World University Rankings 2025” siyahısında Azərbaycan universitetlərinin yalnız az bir qismi yer alıb, halbuki Türkiyədən 25, Qazaxıstandan 14, Polşadan 12 universitet reytinqdə təmsil olunur. Bu, bir tərəfdən Azərbaycanın elmi-tədqiqat potensialının gücləndirilməsinə ehtiyac olduğunu göstərsə də, digər tərəfdən, Elm və Təhsil Nazirliyinin beynəlxalq akkreditasiyalar, ikili diplom proqramları və xarici universitetlərlə birgə layihələr vasitəsilə bu fərqi azaltmaq istiqamətində atdığı addımların əhəmiyyətini vurğulayır”.

Kamran Əsədli əlavə edib ki, xaricdə təhsil alan tələbələr, həm də müasir tədris metodologiyaları, tədqiqat mədəniyyəti və praktiki yönümlü proqramlarla tanış olurlar:

“Bu, onların təkcə bilik səviyyəsini deyil, həm də tənqidi düşünmə və qərarvermə bacarıqlarını formalaşdırır. “OECD Education at a Glance 2023” hesabatında qeyd edilir ki, xaricdə təhsil alan tələbələrin 78%-i geri döndükdən sonra əmək bazarında daha yüksək maaşlı və beynəlxalq profilli işlərə qəbul olunur. Bu, təhsilin iqtisadi səmərəliliyinin göstəricisidir”.

Təhsil eksperti, həmçinin xaricdə təhsilin mənfi tərəflərindən də söz açıb:

“Xaricdə təhsilin mənfi tərəfləri də mövcuddur. Ən çox rast gəlinən çətinliklər dil baryeri, sosial uyğunlaşma və psixoloji təzyiqlərlə bağlıdır. Dünya Bankının 2022-ci il “Global Student Mobility” araşdırmasına görə, xaricdə oxuyan tələbələrin 34%-i ilk 6 ayda mədəni adaptasiyada çətinlik çəkir, 27%-i isə təhsil və yaşayış xərcləri səbəbindən maliyyə çətinliyi yaşayır. Lakin inkişaf etmiş ölkələrdə bu risklər xüsusi tələbə dəstək xidmətləri, psixoloji yardım mərkəzləri və təqaüd sistemləri vasitəsilə azaldılır. Elm və Təhsil Nazirliyinin də son illərdə “Beynəlxalq tələbə dəstək mərkəzləri” təşəbbüsünü inkişaf etdirməsi bu baxımdan mütərəqqi addımdır.

Təhsil mühitinin qloballaşması fonunda Azərbaycanın ali təhsil sistemi üçün əsas məsələ beynəlxalq rəqabət qabiliyyətini artırmaq, xaricdə oxuyan tələbələrin potensialını ölkəyə qaytarmaq və onların qazanılmış bilik və təcrübəsini yerli elmi və iqtisadi sahələrdə tətbiq etməkdir. Nazirliyin “beyin axını”nın qarşısını almaq məqsədilə yerli universitetlərdə ikili diplom proqramlarını genişləndirməsi, ADA, UNEC, BDU və ADPU kimi universitetlərdə beynəlxalq akkreditasiya proseslərini gücləndirməsi bu istiqamətdə müsbət və strateji qərardır”.

Sonda ekspert qeyd edib ki, gənclərin xaricdə təhsil alma istəyi təhsilin beynəlmiləlləşməsi prosesinin təbii nəticəsidir və dövlətin bu meyli idarəetmə baxımından dəstəkləməsi həm fərdi inkişaf, həm də milli kapitalın güclənməsi üçün vacibdir. Dünya təcrübəsi göstərir ki, xaricdə təhsil alan gənclər geri döndükdə, yerli akademik və iqtisadi mühitin keyfiyyətini yüksəldir. Ona görə də bu prosesi məhdudlaşdırmaq deyil, sistemli şəkildə istiqamətləndirmək lazımdır. Elm və Təhsil Nazirliyinin bu istiqamətdəki fəaliyyətləri, xüsusən beynəlxalq əlaqələrin genişləndirilməsi və dövlət proqramlarının davam etdirilməsi, Azərbaycanın qlobal təhsil məkanında daha fəal mövqe tutmasına mühüm töhfə verir.

 

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Visited 13 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Hər şey qaydasındadır” demək sindromu – Emosiyaları gizlətməyin psixoloji nəticələri
Next: Zaman keçsə də, səmimi hisslər dəyişirmi?

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.