Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 28
  • Mehdiyevin “əlliliyi” və ya siyahıda olanlar

Mehdiyevin “əlliliyi” və ya siyahıda olanlar

admin 28 Oktyabr 2025 5 minutes read
17616373461014181419690073e2eba0a
PAYLAŞIN:

Ramiz Mehdiyevin ağır cinayətlərdə (hakimiyyəti zorla ələ keçirmə cəhdi, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) ittiham edildiyi xəbərinin sadə, sıradan bir xəbər olmadığı, arxasında ciddi məqamların dayandığı ilk gündən məlum idi. 

Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq çərçivəsində Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilməsi də göstərirdi ki, proses bizim təsəvvür etdiyimizdən də geniş və dərindir.

Həqiqət də budur ki, 26 il dövlətdə mühüm vəzifələrdən birini tutmuş şəxslə bağlı məlumata adi yanaşmaq mümkün deyil. Xüsusən əgər həmin şəxsə qarşı dövləti cinayətə qədər ən ağır ittihamlar irəli sürülürsə, deməli, vəziyyət ilk təsəvvürdən daha gərgindir. İctimaiyyət də günlərdir bu məlumatın ard-arda açılan məqamları ilə tanış olur.

Növbəti məlumat Mehdiyevin dövlət çevrilişi planı hazırlaması və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif etməsi ilə bağlıdır. Bu addımla Mehdiyev Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərginlikdən istifadə edərək, Moskvadan siyasi dəstək almağa cəhd edib.

O, bunun üçün  hakimiyyəti zorla ələ keçirərək, konstitusiya quruluşunu dəyişdirmək istəyib və Dövlət Şurası yaradaraq ölkəni idarə etməklə bağlı qarşı tərəfə təklif verib. 

R.Mehdiyevin bu təklifli əhatə edən məktubunun yayılması prosesin daha dərin qatlara işlədiyini düşünməyə əsas verir. Təkcə bu fakt kifayət edir ki, Mehdiyev ən ağır formada cəzalandırılsın. Çünki ölkənin konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhd dövlət çevrilişi kimi qiymətləndirilir və bu, cinayət məsuliyyəti yaradır.

Bu faktın mövcudluğu Ramiz Mehdiyevlə bağlı həbs qətimkan tədbirinin növünün də dəyişməsinə əsas verir. Yəni o, istintaq müddətini indiki kimi villalarından birində deyil, istintaq təcridxanasında çəkə bilər.

Çünki Mehdiyevin məktubu daha dərin mətləbləri üzə çıxarır. Mehdiyev məktubunda idarəetmə forması və özünün planladığı şurada olacaq 50 nəfərin siyahısını da Rusiya tərəfi ilə bölüşüb. 

Dövlətdə mühüm post tutmuş birinin revanş istəyi o ehtimala əsas verir ki, Mehdiyev siyahısında olan adamlarla müxtəlif üsullarla müəyyən məsləhətləşmələr aparıb və onların razılıqlarını alıb.

Sadəcə, yanıldığı bir məqam olub.

O, Rusiyaya yazdığı məktubunda özü haqqında dediyi epitetlərə, yüksək fikirlərə rəğmən, siyasi cəhətdən korafəhim olub. 26 il böyük post tutduğu dövlətin nəyə qadir, vəzifəsini itirdikdən cəmi bir il sonra bu dövlətin hansı gücə sahib olduğunu anlamayıb və öz idarəçiliyində ilişib qalıb.

Unudub ki, Azərbaycan onun təsəvvüründəki ölkə deyil və onu boşqabda kiməsə pay vermək olmaz.

Bunu düşünməyən Mehdiyev Azərbaycanı bəlkə də qəbilə dövləti sanırmış.

Amma Azərbaycanın sistemi, strukturları, kəşfiyyatı olan bir dövlət olduğunu Ramiz Mehdiyevin ifşası bir daha bütün dünyaya təsdiqlədi. Daha geniş aspektdən baxsaq görərik ki, Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub çevriliş düşüncəsində olan şəxsin maklatur idiotizmidir.

O, nə o zaman, nə də indi Azərbaycanın Jan Bedel Bokassa düşüncəsi daşıyan birinin dəyişiklik edəcəyi qəbilə dövləti olmadığını anlayıb.

Amma hazırladığı bütün ssenarilərin iflasa uğradığı bu illər ərzində bunu bilməliydi. “Boz kardinal” kimi barəsində solğun mif yaradılan bu adamın siyasi “əlliliyi” də ancaq market üçün yararlı əlilliyə bənzəyir. Yəni xərclik… 

O sırada çoxlarının adı ehtimal olunur. Yəqin ki, siyahı istintaqa məlumdur.

Bəzi məlumatlara görə, həmin siyahıda “mehdiyevçi müxalifət”dən tutmuş bir çox sabiq məmur və deputatlara, oliqarxlara qədər çoxlarının adı var.

Bu adlar da zaman-zaman açılacaq və o zaman bütün ictimiyyət görəcək ki, “kimlərin əli kimlərin cibindən” və kimlər də Ramizin siyahısından çıxır…

Amma özü də, o siyahısında olanlar da başa düşməyiblər… Ki, dövlət, onun sistemi, strukturları, kəşfiyyatı MAKLATUR SİYASƏTÇİyə çevriliş etməyə imkan verərdimi? 

Yaxud qan və can bahasına müstəqillik əldə etmiş, torpaqlarını 30 illik işğaldan azad etmiş bu xalq etnik şübhəli kimliyi və qohumluğu olan bir şəxsə etimad edib onu dəstəkləyərdimi? Təbii ki, yox! Elə bunu bildiyindən də Rusiyanı özünə havadar seçib…

Amma istər Rusiyanı, istər başqa dövləti özünə havadar seçənlərin tarixdə də, xalqın yaddaşında da bir adı var – satqın. Və bu adı tarix həmin adamların üstündən heç vaxt silə bilməyib. 

 

Rəfail Becanov 

Loading

Visited 17 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Oktyabr çağırışının gedişatı müzakirə olundu
Next: “Əmlak vergisi kimlərin cibini doldurur? – Elektron sistemsizlik milyonları “yeyir”” – Ekspert açıqladı

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.