Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 27
  • Stokholmda “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarxın təqdimatı keçirilib

Stokholmda “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarxın təqdimatı keçirilib

admin 27 Oktyabr 2025 5 minutes read
IMG-20251027-WA0025
PAYLAŞIN:

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində “Arena Satelliten” Mədəniyyət və İdman Mərkəzinin zalında “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarxın təqdimatı keçirilib.

Paraqraf.com “Bugun.tv” yə istinadən xəbər verir ki,videoçarx Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşəbbüsü ilə hazırlanıb. Videoçarxın ssenari müəllifi Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, rejissor və operator Rahim Sadiqbəylidir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Media Qrupu (International Media Group) və Norveçdə fəaliyyət göstərən “Azərbaycan Evi”nin təşkilati dəstəyi ilə keçirilən tədbir Azərbaycan və İsveç dövlət himnlərinin səslənməsi ilə başlayıb.

İsveçdə akkreditə olunmuş diplomatik korpusun üzvləri, İsveç, Çin, Özbəkistan, Türkiyə və Azərbaycan icmalarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.

Açılış nitqi ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin Koordinasiya Şurasının İsveç üzrə nümayəndəsi Ayda Əmir Haşimi qeyd edib ki, bu tədbir doğma torpaqlarından didərgin düşmüş insanların taleyinə, qayıdış arzusuna və milli yaddaşına hörmətin təcəssümüdür.

“Qərbi Azərbaycana qayıdış” tarixi ədalətin bərpası və azərbaycanlıların öz ata-baba torpaqlarına sülh yolu ilə dönməsi ideyasıdır. Biz Vətənimizin bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik, qazilərimizə şəfa diləyirik. Azərbaycanımızın bütövlüyünü, güclənməsini və çiçəklənməsini təmin edən Prezident İlham Əliyevə böyük sevgimizi dilə gətiririk”, – deyə A.Ə. Haşimi vurğulayıb.

Ardınca söz “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimovaya verilib. O qeyd edib ki, cəmiyyət olaraq dünyanın bir çox konfranslarında fəal şəkildə iştirak edirlər.

“Məqsədimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Prezident İlham Əliyevin sülh siyasəti nəticəsində biz öz Vətənimizə qayıdacağıq, buna ürəkdən inanırıq. Hamımız öz sahəmizdə çalışaraq müharibəsiz bir dünya qurmağa töhfə verməliyik”, – deyə Məhluqə Rəhimova vurğulayıb.

Səfirliyin birinci katibi Əsgər Nağıyev bildirib ki, təqdim olunan videoçarx təkcə fərdi taleləri deyil, həm də cəmiyyətimizin humanist dəyərlərini, həmrəylik ruhunu və sosial ədalətə bağlılığını əks etdirir.

Tədbir Beynəlxalq Media Qrupunun sədri, videoçarxın prodüseri və rejissoru Rəhim Sadıqbəylinin çıxışı ilə davam edib.

“Bu gün burada beynəlxalq auditoriyaya bu cür mühüm bir videoçarxı təqdim etmək qürurvericidir”, – deyə o bildirib.

Çıxışlardan sonra “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarx ingilis və Azərbaycan dillərində tamaşaçılara təqdim olunub.

Videoçarxın layihə rəhbəri Məhluqə Rəhimova, layihə rəhbərinin köməkçisi Firuzə Babayeva, ssenari müəllifi Tarix üzrə Fəlsəfə doktoru, Azərbaycan Televiziyası və Radio Verlişləri QSC-nin İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin müdiri Mahir Qəribov, layihə üzrə ekspert isə Səidə Qurbanovadır.

Tədbirin sonunda “Əlil Qadınlar Cəmiyyəti”nin Bəyanatı səsləndirilib.

“Biz, Azərbaycan “Əlil Qadınlar Cəmiyyəti’ olaraq, əlilliyi olan qadınların və uşaqların çoxqat həssaslığını önə çəkir və heç kimin unudulmaması ideyasını müdafiə edirik. Biz nifrət deyil – ümid, qisas deyil – anlayış, unudulmaq deyil – xatırlanmaq istəyirik.

Bizim bəyanatımız yalvarış deyil, bu, insan ləyaqətini qorumaq, regionda və dünyada sülhü bərqərar etmək, həmçinin qaçqınlarımızın evlərinə təhlükəsiz dönüş yolunu açmaq üçün birgə hərəkətə keçmək çağırışıdır”, – bəyanatda qeyd olunub.

Tədbirdə iştirakçılara Azərbaycan mədəniyyətinin kulinariya ənənələrini əks etdirən milli şirniyyatlar və isti içkilər təqdim olunub.

Paraqraf.com

Loading

Visited 12 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanda sobalar, plitələr və aspiratorlar üçün məcburi standartlar hazırlanır
Next: Mülkü kreditə qoyub, zamin durmağın fəsadları… – vəkil AÇIQLAYIR

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.