Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Nənəmin işığı: Sevgisi və Dualarıyla İşıq Saçan Bir Həyat
ÖZƏLMƏDƏNİYYƏT

Nənəmin işığı: Sevgisi və Dualarıyla İşıq Saçan Bir Həyat

27 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

Biri var idi, biri yox idi, bir kənd var idi. O kənddə bir nənə yaşayırdı. Zəhmətkeş idi, çox əziyyət çəkmişdi, amma heç vaxt halından gileylənməzdi. Yeddi övladını atasız böyütmüşdü. Hər səhər dua ilə günə başlar, hər axşam Allaha şükür edərdi.

O, tək qalırdı, amma tək deyildi. Çünki yanında bir nəvəsi vardı – ağıllı, mehriban, yazmağı sevən bir uşaq. Nəvəsi nənəsinin söylədiyi nağılları dinləyər, sonra onları dəftərinə köçürərdi. Hər dəfə yazdıqca, sanki nənəsinin səsi qəlbinə hopardı.

Günlərin bir günü nəvə yazdığı yeni hekayəni nənəsinə oxudu. Ev sükuta büründü. Nənə elə qulaq asırdı ki, sanki hər kəlmə ürəyinin dərinliklərinə nüfuz edirdi. Gözləri doldu, amma bu dəfə kədərdən yox, sevincdən.

Nəvə bu baxışdan çox təsirləndi. Axşam yata bilmədi, qələmini götürdü və nənəsi haqqında bir hekayə yazmağa başladı. Yazdı ki:

“İnsan cavan olanda arzularının dalınca qaçar, amma yaşa dolduqca anlayar ki, ən böyük arzu – sevilməkdir. Nənələr, babalar gənclikdə bizi böyüdür, qocalanda isə bizdən bir baxış, bir gülümsəmə gözləyirlər.”

Səhər nənə o yazını oxuyanda, sanki bir uşaq kimi sevindi. Üzündə elə bir təbəssüm yarandı ki, ev sanki işığa qərq oldu. O an nəvə anladı ki, nənələr, uşaqlar kimi sevinə bilən ən müdrik varlıqlardır.

İllər keçdi, nəvə böyüdü, yazıçı oldu. Amma nənəsinin səsi heç vaxt yaddaşından silinmədi. Hər dəfə yeni bir hekayə yazanda, sanki nənəsinin pıçıltısı qulağında səslənirdi:
– Oğlum, yaz ki, uşaqlar böyükləri unutmasın. Yaz ki, nəvələr nənələrinin, babalarının əllərini öpsün, sözlərini yadında saxlasın.

Nəvə hər dəfə bu səsi eşidəndə qəlbi isinir, qələmi daha şirin yazırdı. Çünki bilirdi ki, nənələr və babalar – keçmişin yaddaşı, bu günün işığı, gələcəyin duasıdır.

Deyirlər ki, onların duaları evlərin damında qoruyucu mələk kimi dolaşır. Qoy heç bir ev nənəsiz, babasız, sevgisiz qalmasın.

Beləcə, nənənin işığı heç vaxt sönmədi – nəvəsinin qəlbində bir ömür boyu yandı.

Elçin Ağasıyev

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Cəlilabad rayonunda təmir və abadlıq işləri uğurla davam etdirilir

Next

Ürəyin Döyüntüsündə

Copyright 2026— Praqraf.com. All rights reserved