Bir gənc vardı. Hər gecə yatmazdan əvvəl gözlərini yumub, ürəyinin döyüntüsünü dinləyərdi. Hər döyüntüdə bir ad səslənirdi — sevdiyi insanın adı.
O düşünərdi: “Bu, həqiqi eşqdir, yoxsa dünyanın acı oyunu?”
Bəzən sevgi ona cənnət kimi görünərdi, bəzən də qorxulu bir imtahan kimi.
Gənc tez-tez öz-özünə sual verirdi:
— Bu hiss Allahdandırmı, yoxsa nəfsin oyunudur? Əgər Allahdandırsa, niyə zaman bizi ayırır? Niyə birləşə bilmirik?
Amma hər dəfə sevdiyi insana baxanda qorxusu ümidə çevrilirdi. Onun gözlərində gördüyü gülüş gəncin qəlbinə güc verirdi. Hər görüş onların ürəklərini daha da yaxınlaşdırırdı. Birləşməsələr də, hər səhər ürəkləri eyni döyüntü ilə oyanırdı — eşqin döyüntüsü ilə.
Bir gün gənc dərin düşüncələrə dalıb dedi:
“İnsana bu dünyada yalnız sevgi qalır. Allah bizi sevərək yaradıb və biz də içimizdəki sevgini əbədiləşdirməliyik. Əşyaları, daşları ev saymayaq. Ürəyimizi ev edək — elə bir ev ki, onu nə alov, nə su, nə də paxıllıq yıxa bilməsin”.
O gündən sonra gənc anlayır ki, gözəlliyi gözlə yox, ürəklə görmək lazımdır. Çünki gözlə görünən hər gözəllik bir gün solur, amma ürəklə görülən sevgi əbədidir.
Və o qərara gəlir:
“Sevin. Həyatınızı sevgi ilə qurun. Çünki sabah — gec ola bilər”.
![]()
