ABŞ-də şatdaun (federal hökumətin məhdudlaşdırılması) böhranının ən qızğın çağında ölkənin dövlət borcu 38 trilyon dolları ötüb. Bununla da qeyd edilən göstərici COVID-19 pandemiyasından etibarən rekord həddə çatıb. Bu ilin avqustunda ABŞ-nin dövlət borcu 37 trilyon dollara çatmışdı.
Paraqraf.com xəbər verir ki, bu barədə məlumatı ABŞ Maliyyə Nazirliyinin hesabatına istinadla “Associated Press” agentliyi yayıb.
Oğul Corc Buşun prezidentliyi dövründə Maliyyə Nazirliyində işləmiş Pensilvaniya Universitetinin eksperti Kent Smettersin sözlərinə görə, artan borc yükü vaxt keçdikcə inflyasiyanın yüksəlməsinə gətirib çıxarır və nəticədə amerikalıların alıcılıq qabiliyyətini zəiflədir.
Ekspert vurğulayır ki, bu, sıravi amerikalılar üçün mənzil və avtomobil kreditlərinin bahalaşması, əməkhaqqılarının azalması, eləcə də əmtəə və xidmətlərin qiymətlərinin artması deməkdir.
Paraqraf.com
![]()
