Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 22
  • Eldar Mahmudov həbs oluna bilər?

Eldar Mahmudov həbs oluna bilər?

admin 22 Oktyabr 2025 3 minutes read
Махмудов_Эльдар
PAYLAŞIN:
“Ramiz Mehdiyevin ardınca sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun da həbsi gözlənilir. İspaniyanın “Diario de Mallorca” nəşri bildirir ki, Azərbaycanın Baş Prokurorluğu Palma şəhər məhkəməsi və Balear adalarının Korrupsiyaya qarşı Prokurorluğuna göndərdiyi məktubda Mahmudovlar ailəsi ilə bağlı məlumatlar təqdim edib”.
Bu barədə jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, Azərbaycan Prokurorluğunun bildirdiyinə görə, hazırda sabiq nazir Eldar Mahmudov və digər şəxslər barəsində ayrıca cinayət işi aparılır. Bu iş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəliləri ilə bağlı araşdırmadan fərqlidir:
“Məlumata görə, dövlət büdcəsindən mənimsənilən 29,6 milyon avro əvvəlcə Latviyadakı banka köçürülüb, hesab Dominikan Respublikasında qeydiyyatdan keçmiş “Prime Design and Patenting SA” adlı offşor şirkətə məxsus olub. Şirkətin sahibi Sahib Əli oğlu Ağayev, Eldar Mahmudovun yaxın adamı hesab olunur. 2014–2015-ci illərdə həmin hesabdan vəsait Anar Mahmudovun nəzarətində olan digər offşor şirkətlərin hesablarına köçürülüb.
Sahib Ağayev 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində korrupsiya ittihamı ilə mühakimə olunub və 2020-ci il iyunun 16-da məhkum edilib. Eldar Mahmudovun digər qohumu və yaxın əməkdaşı da 10 milyondan çox manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilərək digər nazirlik əməkdaşları ilə birlikdə cəzalandırılıb.
Azərbaycan Prokurorluğu qeyd edir ki, Anar Mahmudovun əldə etdiyi 29,6 milyon avro sonradan onun və yaxın ailə üzvlərinin İspaniya, Lüksemburq, İsveçrə və digər ölkələrdəki hesablarına köçürülüb. Bu pullar daşınar və daşınmaz əmlakların alınmasına sərf olunub.
Komissiya roqatoriyası zamanı əldə edilmiş məlumatlarda göstərilib ki, Mahmudov ailəsinin Azərbaycanda və Avropanın bir çox ölkəsində (İspaniya, Almaniya, Böyük Britaniya, Lüksemburq, İtaliya) 100 milyon avrodan artıq dəyəri olan əmlakları mövcuddur.
Azərbaycan Baş Prokurorluğu əlavə edib ki, bu aktivlərin hamısı Eldar Mahmudovun nazir təyin olunmasından sonra, onun arvadı və uşaqlarının adına rəsmiləşdirilib. O vaxta qədər onların əhəmiyyətli gəlirləri olmayıb”.

Loading

Visited 41 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Gəncədə maşınlar toqquşdu – Xəsarət alanlar var
Next: Gələcəyin iqtisadiyyatı: Rəqəmsal bacarıqlar və əmək bazarının transformasiyası

OXŞAR MÖVZULAR

w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

admin 07 Mart 2026
df9cihAyFKO79jIq6ujcoT9exrI5aee85mkdloWh_1200

Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib

admin 07 Mart 2026
0qNeEe55S8uSrzyl5xBcFL9k0Be2Baaha5IDwnAk_1200

Salyanda 63 yaşlı kişidən avtomat və narkotik götürülüb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.