Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Ekspert: “Gənclərin işsiz qalmasının əsas səbəbi əmək bazarının öyrənilməməsidir”
CƏMİYYƏTİQTİSADİYYATMANŞET

Ekspert: “Gənclərin işsiz qalmasının əsas səbəbi əmək bazarının öyrənilməməsidir”

22 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

Müasir dövrdə ali təhsil alan və ya təzəcə universiteti bitirən gənclərin qarşılaşdığı əsas problemlərdən biri də işsizlikdir. Gənclər arasında iş tapmaqda çətinliklərin artması, həm təhsil sistemində, həm də əmək bazarının strukturlarında olan müəyyən boşluqlarla əlaqələndirilir. Bu, təkcə fərdi bir problem deyil, həm də cəmiyyətin ümumi sosial-iqtisadi inkişafına təsir göstərən vacib bir məsələdir. Təəssüf ki, bir çox hallarda gənclər aldıqları ixtisasa uyğun iş tapa bilmir, ya da mövcud iş imkanları onların bacarıq və biliklərinə uyğun gəlmir.

 

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov “Paraqraf.com”a açıqlamasında bildirib ki, hər bir dövlətin, o cümlədən də Azərbaycanın əsas vəzifələrindən biri də əmək bazarlarının tələblərinə uyğun olaraq kadr hazırlığı həyata keçirmək və məzunları müvafiq işlərlə təmin etməkdir:

“Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 8-ci bəndində göstərilir ki, dövlət məşğulluq məsələlərinin həllini təmin edir. Yəni əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə kadrlar hazırlanmalıdır. Hazırda Azərbaycanda kadr hazırlığı peşə, orta və ali təhsil müəssisələrində həyata keçirilir. Lakin ölkəmizdə fərqli və narahatedici məqam ondan ibarətdir ki, əmək bazarı yetərincə öyrənilmir. Halbuki Prezidentin 2022-ci il tarixli sərəncamına əsasən, 2023–2024-cü illərdə əmək bazarını araşdıracaq iki institut yaradılmalı idi. Onlardan biri Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Elmi-Tədqiqat İnstitutu, digəri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərməliydi. Təəssüf ki, həmin institutlar hələ də yaradılmayıb. Hazırda yalnız xüsusi təyinatlı təhsil müəssisələrini bitirən məzunlar birbaşa işlə təmin olunur. Bu isə problemin ciddiliyini və geniş şəkildə müzakirəyə ehtiyac olduğunu göstərir”.

Ekspert əlavə edib ki, Azərbaycanda işə qəbul prosesləri Dövlət İmtahan Mərkəzi və müxtəlif nazirliklər tərəfindən həyata keçirilir:

“Özəl təhsil müəssisələri də bu prosesə cəlb olunmalı və işəgötürənlər Dövlət İmtahan Mərkəzinə kadr tələbatı ilə bağlı sifariş göndərməyə təşviq edilməlidirlər. Bu proses gələcəkdə beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Əsas məsələ ondan ibarətdir ki, gənclərin işlə təmin olunması üçün ölkədə daha çox iş yerləri yaradılmalıdır. Hazırda işsizliklə bağlı müəyyən addımlar atılsa da, bu tədbirlər əhalinin ümumi tələbatını tam qarşılamır”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sumqayıt Dövlət Universitetində ekoloji problemlər mövzusu müzakirə olunub

Next

Ət Qıtlığı Gəlir? – Ekspert: “Qiymətlər kəskin artacaq!”

Copyright 2026— Praqraf.com. All rights reserved