Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 22
  • Birinci Türkoloji Qurultayın 100 illiyi keçiriləcək – SƏRƏNCAM

Birinci Türkoloji Qurultayın 100 illiyi keçiriləcək – SƏRƏNCAM

admin 22 Oktyabr 2025 4 minutes read
1761125984150910792868f8a66039327
PAYLAŞIN:

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək.

Paraqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın və bütövlükdə türk dünyasının XX əsr elmi-mədəni həyatının parlaq səhifəsini təşkil etdiyini nəzərə alınaraq imzalanıb.

Sərəncama görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncamda qeyd olunub ki, 2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur:

Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır.

Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi etmişdir. Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi.

Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınmış, qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qalmış, bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vurulmuşdur. Yalnız ötən əsrin sonlarında əldə etdikləri milli müstəqillik türk xalqlarının mənəvi dirçəliş yollarını işıqlandırmış, mühüm problemlər sırasında latın qrafikalı ümumtürk əlifbasının tətbiqini bir daha aktuallaşdırmışdır.

Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır.

2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür”.

Paraqraf.com

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Qızılın qiyməti kəskin ucuzlaşdı
Next: SDU-nun alimi Qazaxıstanda Beynəlxalq tədbirlərdə uğurla çıxış edib

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.