Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Like” üçün yaşayan nəsil – rəqəmsal asılılıq böhranı
CƏMİYYƏTÖZƏL

“Like” üçün yaşayan nəsil – rəqəmsal asılılıq böhranı

21 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Biz elə bir dövrdə yaşayırıq ki, gənclərin bir qisminin xoşbəxtliyi, özünə verdiyi dəyər, hətta azadlıq anlayışı artıq real həyatdan yox, ekranın içindən ölçülür. “Like” – cəmi bir düymə, kiçik bir işarə… Amma bu gün bir çox gəncin psixologiyasını, münasibətlərini, özünüdərkinı və həyat ritmini idarə edən ən böyük gücə çevrilib.

Bu vəziyyət bir sualı qaçılmaz edir: biz həqiqətən yaşayırıq, yoxsa sadəcə izlənirik?

İnsan təbiəti etirafa və qəbul olunmağa həmişə ehtiyac duyub. Əvvəllər bu ehtiyacı ailə, dost çevrəsi, real münasibətlər qarşılayırdı. İndi isə bir gənc saatlarla bir şəkli redaktə edir, ən uyğun bucağı seçir, paylaşır və sonra gözləyir: “Bəyənmə gələcəkmi? Kimlər bəyənəcək? Yetərincəmi olacaq?”

Bu, artıq sadəcə sosial media deyil – emosional asılılıq mexanizmidir. Virtual dünya gənci dayanmadan bir yarışa sürükləyir: daha gözəl görün, daha lüks paylaş, daha çox izləyici qazan, daha maraqlı ol – və heç vaxt dayanma.

Amma bu yarışın finiş xətti yoxdur.

Hər “like” beyində bir mükafat mexanizmini işə salır – və beyin daha çoxunu istəyir. Beləcə, gənc özünü yox, auditoriyanı yaşamağa başlayır. Gülümsəyir, amma içində ağlayır. Kədərlidir, amma “story”də xoşbəxt görünür. Çünki sosial şəbəkələrdə həyat göstərilir, amma yaşanmır.

Bu da insanın ruhunda təhlükəli bir boşluq yaradır: real hisslərlə virtual maskanın toqquşması.

Bu gün bir çox gənc xatirə üçün yox, paylaşmaq üçün yaşayır.

Burada məsələ texnologiyada deyil. Rəqəmsal alətləri həyatımızdan silmək lazım deyil. Problem – onların bizi idarə etməsinə icazə verməyimizdədir.

Unutmayaq: həyat ekrana deyil – göz-gözə baxışa, emojiyə yox – gerçək duyğulara, izlənməyə deyil – yaşanmışlığa ehtiyac duyur.

M.Mehdiyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Siyasətçilərin sosial media savaşı: reallıq, yoxsa şou?

Next

Mənim üçün unudulmaz bir təcrübə oldu – maraqlı bir kampda keçirdiyim günlər

Copyright 2026— Praqraf.com. All rights reserved