Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Lavrov və Rubio telefon danışığı zamanı hansı məsələləri müzakirə ediblər? – Politoloq AÇIQLAYIR
ÖZƏLMANŞETSİYASƏT

Lavrov və Rubio telefon danışığı zamanı hansı məsələləri müzakirə ediblər? – Politoloq AÇIQLAYIR

21 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

Rusiya və ABŞ arasında siyasi gərginliklər fonunda baş tutan istənilən yüksək səviyyəli əlaqə beynəlxalq gündəmdə diqqətlə izlənir. Bu baxımdan, Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında baş tutan son telefon danışığı da diqqət mərkəzindədir. Söz mövzusu təmas yalnız ikitərəfli münasibətləri deyil, həm də qlobal sabitliyə təsir edən aktual mövzuları əhatə edir.

Mövzu ilə bağlı politoloq Aytən Qurbanova “Paraqraf.com”-a açıqlamasında bildirib ki, telefon danışığının əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi olub:

“Bu istiqamətdə aparılan müzakirələr telefon danışığının əsas məğzini təşkil edən məsələ kimi önə çıxıb. Digər tərəfdən, Lavrov və Rubio arasında mümkün bir görüşün keçirilməsi ilə bağlı yayılan məlumatlar onu deməyə əsas verir ki, bu, iki rəsmi arasında dialoqun əsas predmetlərindən biridir”.

Politoloqun sözlərinə görə, ABŞ-nin prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında Macarıstanda keçirilməsi gözlənilən görüş, Lavrov və Rubio arasında aparılan telefon danışığının daha bir önəmli müzakirə mövzusu olub:

“Bu kontekstdə görüşün texniki detalları, mümkün təxirə salınma səbəbləri və digər məqamlar müzakirə edilib. Həmçinin, Rusiya-Ukrayna müharibəsinə dair gələcək danışıqların formatı və mümkün təşəbbüslər də telefon danışığında gündəmə gətirilib. Bu, onu göstərir ki, ABŞ və Rusiya rəsmiləri birbaşa kommunikasiya kanallarını açıq saxlamaq və danışıqlar prosesini bərpa etmək niyyətindədirlər”.

Aytən Qurbanova hesab edir ki, bu cür intensiv təmaslara baxmayaraq, Rusiya-Ukrayna müharibəsi ilə bağlı yaxın müddətdə real nəticələr əldə olunması hələlik çətin görünür:

“Ukraynanın taleyi və ərazi bütövlüyü məsələsində ciddi dönüşlərin olması indiki mərhələdə real deyil. Tərəflər arasında prinsipial ziddiyyətlər qalmaqdadır və bu səbəbdən konkret nəticə əldə olunması ehtimalı aşağıdır”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mənim üçün unudulmaz bir təcrübə oldu – maraqlı bir kampda keçirdiyim günlər

Next

BMU-da stomatoloji müayinə aksiyası təşkil olunub

Copyright 2026— Praqraf.com. All rights reserved