Xaçmazda qətl hadisəsi törədilib.
Paraqraf.com xəbər verir ki, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini 1981-ci il təvəllüdlü Cəlilov Emin Nəcimulla oğlu kürək nahiyəsindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
E. Cəlilovu öldürməkdə şübhəli bilinən şəxsin özü polisə könüllü şəkildə təslim olub.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
Paraqraf.com
![]()
Visited 12 times, 1 visit(s) today
