Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Etibar Əliyevdən sensasiyalı tənqid: “Ramiz Mehdiyev haqqında yazılanların hamısı yalandır!”
MANŞETELM VƏ TƏHSİL

Etibar Əliyevdən sensasiyalı tənqid: “Ramiz Mehdiyev haqqında yazılanların hamısı yalandır!”

20 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:
“2018-ci ildə “Azərbaycanın görkəmli şəxsiyyətləri seriyası”ndan Ramiz Mehdiyevin “Biblioqrafiya”sı çap olunub.
Biblioqrafiyanın “Azərbaycanın dövlət elm və mədəniyyət xadimləri Ramiz Mehdiyev haqqında” bölməsində AMEA-nın müxbir üzvü Musa Qasımlının ürək sözləri əsl “şedevrdir”.

Paraqraf.com xəbər verir ki, bunu keçmiş millət vəkili, tanınmış təhsil eksperti Etibar Əliyev “Facebook” hesabında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Musa Qasımlının 2018-ci ildə Ramiz Mehdiyevin biblioqrafiyasında dərc olunmuş məqaləsinə sərt və açıq tənqid edib.

Söhbət “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr olunan və Ramiz Mehdiyevə həsr olunmuş biblioqrafiyanın 102-ci səhifəsində yer alan yazıdan gedir. Musa Qasımlı həmin yazıda Ramiz Mehdiyevi “istiqlal ideyasının qoruyucusu”, “xalqına qəlbən bağlı dövlət adamı”, “Azərbaycan fəlsəfi fikrinin ən görkəmli nümayəndəsi” və “müstəqil dövlət quruculuğunun əsas simalarından biri” kimi təqdim edir.

Lakin Etibar Əliyev bu tərifləri sərt şəkildə tənqid edərək bildirib:

“Hörmətli Musa Qasımlının Ramiz Mehdiyev haqqında yazdığı məqalənin birinci sözündən sonuncu sözünə qədər hamısı yalandır. AMEA-nın müxbir üzvünə belə saxta tərif uydurmağı yaraşdırmadım”.

Bu fikirlər sosial mediada ciddi rezonans doğurub. Əliyevin bu cəsarətli və sərt çıxışı, dövlət strukturlarında uzun illər yüksək vəzifələr tutmuş Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı illərdir ictimaiyyətdə dolaşan sualları və narazılıqları bir daha gündəmə gətirib.

Xatırladaq ki, Ramiz Mehdiyev uzun illər Prezident Administrasiyasında rəhbər vəzifə tutmuş, daha sonra isə AMEA-nın prezidenti olmuşdu. Onun fəaliyyəti dövründə bir sıra qalmaqallı qərarlar və kadr dəyişiklikləri ilə bağlı da müzakirələr baş vermişdi.

Etibar Əliyevin bu açıqlaması, xüsusilə akademik çevrələrdə və ictimai dairələrdə “yaltaqlıq” və “saxta təriflər” mövzusunda müzakirələri daha da alovlandırıb.

Həsən

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Xaçmaz sakini güllələnib: Şübhəli şəxs polisə təslim olub

Next

Azərbaycanda uşaqpulu verilə bilər, buna büdcəmiz yetərlidir?

Copyright 2026— Praqraf.com. All rights reserved