Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Bu gün Zəngilan Şəhər Günüdür
SİYASƏT

Bu gün Zəngilan Şəhər Günüdür

20 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Bu gün Zəngilanın azad edilməsindən beş il ötür.

paraqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial hesabında paylaşıb.

O xatırladıb ki, beş il öncə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Zəngilan şəhərini 27 illik düşmən işğalından azad etdi:

“Bu Vətən savaşında strateji üstünlüklərdən biri idi. 5 qəsəbə və 79 kəndə sahib olan Zəngilan rayonu Azərbaycanın cənub-qərbində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Füsunkar təbiəti ilə seçilən Zəngilan rayonunun böyük iqtisadi potensialı var ki, burada da turizmin inkişafı əhəmiyyətli rol oynayır.

Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək digər amil onun strateji mövqeyi ilə yanaşı, Zəngəzur dəhlizinin, yeni nəqliyyat xətlərinin istifadəsinin rayonu bölgənin logistik habına çevirməsidir.  Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq”.

Deputat qeyd edib ki, bununla yanaşı, Zəngilan rayonu təbii ehtiyatların çoxluğuna görə də fərqlənir:

“Rayonun Vejnəli kəndində 6.5 ton qızıl ehtiyatı mövcuddur və güman olunur ki, müasir texnologiya ilə qiymətləndirmə aparılan zaman daha çox ehtiyatların aşkarlanması mümkün olacaq. Vejnəli yatağı eyni zamanda filiz, gümüş, mis ehtiyatları üzrə də məşhurdur. Göründüyü kimi, böyük iqtisadi potensiala malik olan Zəngilan rayonu Azərbaycan iqtisadiyyatın xüsusi töhfə verə biləcək.

Rayonda bərpa-quruculuq işləri surətlə davam edir. “Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Növbəti illərdə Zəngilan rayonunda məskunlaşma daha da intensivləşəcək. Zəngilan rayonu yeni inkişaf mərhələsinə qədəm qoymaqdadır”.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

BMU-da icbari tibbi sığorta ilə bağlı məlumat sessiyası

Next

“XIX Əsr İrəvan Mətbəxi” Kitabının Tərtərdə Təqdimatı: Milli Kulinariya İrsinin Dirçəlişi və Təbliği

Copyright 2026— Praqraf.com. All rights reserved