Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 20
  • Azərbaycan: Sülh və əməkdaşlığın etibarlı dayağı

Azərbaycan: Sülh və əməkdaşlığın etibarlı dayağı

admin 20 Oktyabr 2025 7 minutes read
1760780705171841271968f361a146dc7
PAYLAŞIN:

“Azərbaycan lideri İlham Əliyevin Qazaxıstanın nüfuzlu “Kazinform” agentliyinə müsahibəsi bir tərəfdən iki ölkə arasındakı əlaqələrinin yüksək səviyyəsini nümayiş etdirdi, digər tərəfdən isə müasir dövrdə Türk dünyasının birliyinə, regional əməkdaşlığa və sülhə yönəlmiş aydın bir siyasi baxışın ifadəsidir”.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, bu müsahibə həm də Azərbaycan diplomatiyasının uzaqgörən strategiyasını, Prezident İlham Əliyevin qlobal proseslərə milli maraqlar prizmasından baxmaq bacarığını bir daha ortaya qoydu:

“Ölkə başçımızın səsləndirdiyi fikirlər təkcə iki qardaş ölkə arasındakı münasibətlərin möhkəm təməllər üzərində qurulduğunu göstərmir, eyni zamanda Türk dövlətləri arasında yaranan etimad, həmrəylik və ortaq gələcək vizionunun canlı təzahürünə çevrilir. 

Prezidentin qardaş Qazaxıstana ünvanladığı səmimi mesajlar, regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı açıqlamaları bir daha təsdiqləyir ki, Azərbaycan bu gün sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətin etibarlı dayağı kimi çıxış edir”.

Deputat bildirib ki, Prezident İlham Əliyev müsahibəsində Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələrin hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunduğunu qeyd edib.

“İki ölkə arasında münasibətlərin bu səviyyəyə yüksəlməsi illər ərzində formalaşmış qarşılıqlı anlayışın, liderlər arasında səmimi dostluğun və ortaq strateji məqsədlərin nəticəsidir. Azərbaycan və Qazaxıstan təkcə ikitərəfli münasibətlərdə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ardıcıl şəkildə dəstəkləyirlər. 

Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digər beynəlxalq platformalarda səmərəli əməkdaşlıq edir, qlobal miqyasda sülhün, əməkdaşlığın və ədalətin möhkəmlənməsi üçün səylərini birləşdirirlər. Təbii ki, bu qarşılıqlı dəstək həm siyasi etimadın, həm də ortaq maraqların təzahürüdür. 

Qazaxıstan daim Azərbaycanın beynəlxalq təşəbbüslərini, xüsusilə də sülh gündəmini, dayanıqlı inkişaf layihələrini və regional əməkdaşlıq təşəbbüslərini dəstəkləyir. Eyni zamanda, Azərbaycan da qardaş Qazaxıstanın beynəlxalq arenadakı mövqelərini və təşəbbüslərini hər zaman diqqətlə izləyir və dəstək verir. Bu qarşılıqlı əməkdaşlıq iki dövlətin münasibətlərini təkcə siyasi deyil, həm də strateji müttəfiqlik səviyyəsinə yüksəldib. 

Onu da bildirim ki, ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 yaşı var. Bu illər ərzində Azərbaycanla Qazaxıstan arasında təqribən 170 sənəd hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb”.

S.Salmanova onu da qeyd edib ki, Türk dünyasının həmrəyliyinin, ortaq tarixi və mədəni köklərinin müasir dövrdə strateji əməkdaşlığa çevrilməsində Türk Dövlətləri Təşkilatı (TDT) mühüm rol oynayır:

“Cənab Prezident müsahibəsində vurğuladı ki, TDT Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır. 

2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı bu gün türkdilli dövlətlər arasında qarşılıqlı etimadın, strateji tərəfdaşlığın və birliyə əsaslanan inkişaf modelinin simvoluna çevrilib. O dövrdən etibarən təşkilat təkcə iqtisadi və siyasi deyil, həm də mədəni və mənəvi sahədə türk dünyasının inteqrasiyasına mühüm töhfələr verib. Son illər TDT-nin fəaliyyətində yeni mərhələ başlanıb. 

Keçən il Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə Görüşü Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində mühüm siyasi mesaj verdi. Bu görüş həm türk dövlətləri arasında qarşılıqlı etimadın və həmrəyliyin təcəssümü, həm də işğaldan azad edilmiş Azərbaycan torpaqlarında sülh, inkişaf və qardaşlığın rəmzi oldu”.

Parlamentari bu ilin oktyabrın 7-də Azərbaycanın qədim şəhəri Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirildiyini xatırladıb:

“Bu mötəbər toplantı Türk dünyasının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Zirvə çərçivəsində aparılan müzakirələr təşkilatın daha da möhkəmlənməsinə, türk dövlətləri arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinə, enerji, nəqliyyat, logistika, rəqəmsal transformasiya və müdafiə sahələrində strateji əməkdaşlığın dərinləşməsinə xidmət edir. 

Bu gün TDT yalnız siyasi və iqtisadi platforma deyil, həm də mədəni kimliyin, tarixi yaddaşın və mənəvi birliyin qorunması missiyasını da daşıyır. TDT çərçivəsində Azərbaycanla Qazaxıstan arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq da sistemli və ardıcıl xarakter daşıyır. 

Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş, elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir. Bu qarşılıqlı əlaqələr təkcə iki ölkə arasında deyil, ümumilikdə Türk dünyasında ortaq mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərin milli kimlik ruhunda tərbiyəsinə xidmət edir”.

paraqraf.com

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Hitlerin superinsan yaratmaq planı: “Patı” ilə irəli
Next: Ferhad Göçerin “Çırpınırdı Qara dəniz” ifası ayaq üstə alqışlandı: VİDEO + FOTO

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.