Türkiyə Milli Müdafiə Nazirliyi 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.
Paraqraf.com xəbər verir ki, nazirlik bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
“İki bədəndə bir can – Türkiyə və Azərbaycan! Qardaş Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, qəhrəman Azərbaycan xalqını ürəkdən salamlayırıq.
Qardaşlarımızla “Bir Millət, İki Dövlət” anlayışı ilə həmişə birlikdə olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, – deyə paylaşımda qeyd olunub.
Paraqraf.com
![]()
Visited 8 times, 1 visit(s) today
