Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 16
  • Polis Akademiyasına minimum keçid balı açıqlandı – FOTO

Polis Akademiyasına minimum keçid balı açıqlandı – FOTO

admin 16 Oktyabr 2025 3 minutes read
1760596297127688333168f091495beef
PAYLAŞIN:

Daxili İşlər Nazirliyinin Polis Akademiyası bu gün ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından birinə çevrilib.

Bunu 2025/2026-cı tədris ili üçün keçirilən qəbul prosesi bir daha təsdiqləyib. Xüsusi təyinatlı bu ali təhsil müəssisəsində qəbul planı üzrə nəzərdə tutulmuş yerlər tam dolub.

Paraqraf.com DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, orta məktəblərdə keçirilən görüşlər, təqdimatlar və maarifləndirici tədbirlər nəticəsində gənclər Polis Akademiyasını təkcə nüfuzlu ali təhsil müəssisəsi kimi deyil, həm də təhlükəsizliyin, əmin-aman gələcəyin və vətənə xidmətin ünvanı kimi görürlər.

Respublikanın demək olar ki, bütün ümumtəhsil müəssisələrini, o cümlədən ən ucqar kəndlərdə yerləşən tam orta məktəbləri əhatə edən təşviqat tədbirləri nəticəsində daxili işlər orqanlarinin təhsil sisteminə maraq ildən-ilə artmaqdadır.

2024/2025-ci tədris ilində qəbul üçün 2250 nəfər müraciət etdiyi halda, bu tədris ilində həmin rəqəm 2938 nəfərə yüksəlib. Onlardan 550 nəfər hüquqşünaslıq, 25 nəfər isə informasiya təhlükəsizliyi ixtisası üzrə qəbul olunub.

Məlum olduğu kimi, Polis Akademiyasına qəbul yalnız test imtahanı ilə məhdudlaşmır. Namizədlər əvvəlcə fiziki hazırlıq sınaqları, psixoloji və bilik testləri, daha sonra isə Seçmə Komissiyadan keçirlər. Bu sistem yalnız bilikli deyil, həm də güclü, dözümlü və sağlam düşüncəli gənclərin seçilməsinə imkan yaradır. Şəffaf imtahan prosesi sosial mənşəyindən asılı olmayaraq, hər bir istedadlı gəncə bərabər imkanlar təqdim edir.

Gənclər arasında daxili işlər orqanlarında xidmətə və təhsilə marağın artırılması məqsədilə təşviqat kampaniyaları davam etdirilir. Şagirdlərlə keçirilən maarifləndirici görüşlərdə hüquq-mühafizə sistemində xidmətin əhəmiyyəti, vətənpərvərlik dəyərləri, qəbul şərtləri, imtahan mərhələləri və tədris prosesi barədə ətraflı məlumat verilir.

Qeyd edək ki, kursantların sayının artması akademiyanın maddi-texniki bazasının da genişləndirilməsini zəruri edib. Akademiyada təhsil korpusları, yataqxanalar, tədris laboratoriyaları tikilib, geyim və qidalanma təminatı yenilənib, infrastruktur tam şəkildə müasirləşdirilərək gənclərin hərtərəfli hazırlığı üçün əlverişli şərait yaradılıb.

 

Paraqraf.com

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İlham Əliyev Qazaxıstana dövlət səfəri edəcək
Next: Azərbaycanın dövlət borcu nə qədərdir?

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.